• Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilibAlmaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib
  • Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıbBelarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilibTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilib
  • Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcəkMoldova Prezidenti İqor Dodon Azərbaycana gələcək
  • Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdıDiaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdı


Xəbərlər


İstanbulda Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib
2018-01-29 | 16:02 |

İstanbulda Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

 Türkiyənin İstanbul şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısı keçrilib. Görüş İstanbul Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İSTAD) baş tutub. Toplantıda Türkiyə də daxil olmaqla Cənub-Şərqi Avropa ölkələrində azərbaycanlıların fəaliyyəti ilə bağlı yeni planlar müzakirə olunub. 

AAK-ın prezidenti Sahil Qasımov və İSTAD rəhbəri Səfər Karakoyunlu AAK-ın fevralda baş tutacaq növbədənkənar qurultayına hazırlığı da müzakirə ediblər. Türkiyəli diaspor fəalları, o cümlədən Səfər Karakoyunlu son bir ildə AAK-ın ciddi fəallığını, iri layihələrə start verdiyini vurğulayaraq, bunun onlarla da birgə planların reallaşması üçün ciddi stimul olacağın bildirib. Daha sonra Türkiyə, Cənub-Şərqi Avropa ölkələri üzrə azərbaycanlıların fəaliyyəti geniş müzakirə olunub, yeni layihələrlə bağlı birgə plan barədə qərarlar qəbul edilib. Yaxın aylarda İSTAD-ın ev sahibliyi ilə AAK-ın İstanbul forumunun keçirilməsi barədə də qərar qəbul olunub.

Sonda İSTAD rəhbəri Səfər Karakoyunlu Sahil Qasımova Türkiyə diasporu adından fəxri nişan təqdim edib.

Qeyd edək ki, fevralın 27-də Niderland Krallığının Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayının keçirilməsi nəzərdə tutulub. Qurultayın keçirilməsində məqsəd təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması, quruma  üzv olan Azərbaycan icmalarının fəaliyyətinin daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılmasıdır.

 





2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-21 |
2018-02-19 |
2018-02-19 |
2018-02-16 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved