• Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilibAlmaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib
  • Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıbBelarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilibTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilib
  • Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcəkMoldova Prezidenti İqor Dodon Azərbaycana gələcək
  • Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdıDiaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdı


Xəbərlər


Misir Universitetində Azərbaycan dili tədris olunur
2018-02-13 | 15:25 |

Misir Universitetində Azərbaycan dili tədris olunur

 "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Ayn- Şəms Universitetinin Ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb. Azərbaycan dilini tələbələrə Tədris Birliyin sədr müavini Sədaqət Səmədova öyərdir. Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 350 nəfərdən artıq tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha daha yaxşı mənimsəmək üçün diaspor təşkilatından əlavə kursların təşkilini xahiş ediblər. Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələləbələrə əlavə kursların təşkil olunacağını qeyd edib.

Hazırda Qahirədə diaspor mərkəzində gənclərə Azərbaycan dilinin tədrisi ilə yanaşı, tələbələrə ölkəmizin tarixi, mədəniyyəti və həqiqətləri barədə də məlumat verilir.

"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə birgə fəaliyyət göstərir.

 





2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-21 |
2018-02-19 |
2018-02-19 |
2018-02-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved