• Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilirDiaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilir
  • Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib


Xəbərlər


Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti dərsi keçirilib
2018-03-01 | 15:57 |

Moskva məktəbliləri üçün Azərbaycan mədəniyyəti dərsi keçirilib

 Azərbaycan Mədəniyyətinin İntibah və İnkişafı Fondu Moskva Millətlər Evinin Gənclərlə iş şöbəsi ilə birgə Rusiya paytaxtında məktəblilər üçün Azərbaycan mədəniyyətinə həsr olunmuş dərs təşkil edib. Moskva şəhərinin 967 nömrəli ümumtəhsil məktəbində baş tutan “Dostluq dərsi”nin məqsədi məktəblilərin Azərbaycan xalqının ənənələri və mədəniyyəti haqqında olan məlumatını genişləndirməkdir. 3,4, və 5-ci sinif şagirdləri üçün təşkil olunmuş dərsdə 100-dən artıq məktəbli iştirak edib.

Azərbaycan Mədəniyyətinin İntibah və İnkişafı Fondunun direktoru Şamil Tağıyev şagirdləri salamlayaraq layihə haqqında qısa məlumat verib. O, həmçinin, Moskva Mədəniyyətlər Evinin nümayəndələrinə əməkdaşlıq üçün təşəkkür edib. Daha sonra Moskva Millətlər Evinin Gənclərlə iş üzrə şöbəsinin müdir müavini Semyon Qulimov çıxış edib.

“Dostluq dərs”ində məktəblilərə Azərbaycan xalqının əsas bayramları, simvolları, mədəniyyəti, ənənələri və tarixi haqqında qısa videoçarx nümayiş etdirilib. Sonra məktəblilər Azərbaycanın qızıl fondundan “Cırtdan” cizgi filmini izləyiblər. Dərsdə tədbirə dəvət olunmuş “Qarabağ” ansamblın rəqqasları Azərbaycan milli rəqslərini ifa edib və məktəblilər üçün master-klass keçiblər.





2018-06-25 |
2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved