• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


VI Qlobal Bakı Forumu başa çatıb
2018-03-18 | 09:54 |

VI Qlobal Bakı Forumu başa çatıb

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu bu gün işini başa çatdırıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Forumun bağlanış mərasimində çıxış edərək bu tədbirin əhəmiyyətini yüksək dəyərləndirib. O, VI Qlobal Bakı Forumunda dünyaya önəmli mesajlar çatdırıldığını söyləyib. Vayra Vike-Freyberqa hər zamankı kimi bu dəfə də Azərbaycanda yüksək qonaqpərvərliyin şahidi olduqlarını vurğulayıb.

Moldovanın Prezidenti İqor Dodon tədbirin yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə minnətdarlığını bildirib. O qeyd edib ki, hazırda bütün dünyada bir çox problemlər mövcuddur. Bu Forum həmin problemlərin həllində mühüm rol oynayacaq. Burada təhlükəsizliyin, sabitliyin əldə edilməsi, xalqlararası və dinlərarası dialoqun təşviqi ilə bağlı önəmli məsələlər müzakirə olunub.

İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta da Forumun işinin uğurlu olduğunu deyib. Bildirib ki, bu Forum ölkələrarası münasibətlərin inkişafına, sülhün bərqərar olmasına layiqli töhfə verəcək. “Bu tədbirdə biz öz təcrübələrimizi və ideyalarımızı bölüşdük. Bu kimi tədbirlər gələcəkdə davam etməlidir. Burada iş adamlarının da iştirakı təmin edilməlidir”, – deyə o əlavə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov VI Qlobal Bakı Forumunun işini böyük müvəffəqiyyətlə başa vurduğunu deyib. O əlavə edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı gündən bu vaxtadək qısa zaman kəsiyində böyük uğurlara nail olub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin qeyd edib ki, inklüziv cəmiyyətlərin formalaşmasında bu tədbirin xüsusi əhəmiyyəti var. Forumda səslənən dəyərli fikirlər, təkliflər təşviq edilməli, buradakı mesajı liderlər öz ölkələrinə çatdırmalıdırlar.

Bununla da VI Qlobal Bakı Forumu öz işini başa çatdırıb.





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved