• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Parisdə azərbaycanlıların həmrəylik aksiyası keçirilib
2018-04-11 | 10:45 |

Parisdə azərbaycanlıların həmrəylik aksiyası keçirilib

 Paris Azərbaycan Evinin təşkilatçılığı ilə aprelin 11-də Fransanın paytaxtında bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəylik aksiyası keçirilib.

 Aksiyada “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!" və digər şüarlar səsləndirilib.

Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva aksiyada çıxış edərək bildirib ki, xaricdə yaşayıb ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı müstəqil ölkəmizin uğurları ilə qürur duymalıdır.

Fransada yaşayan soydaşlarımız adından çıxış edən diaspor rəhbəri həmyerlilərimizi Azərbaycan dövlətinin maraqları uğrunda sıx birləşərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasında daha fəal olmağa çağırıb.

M.Fətəliyeva, eyni zamanda, xaricdəki soydaşlarımızı informasiya əsrində daha diqqətli və operativ şəkildə tarixi vətənin mənafeləri uğrunda həmrəylik göstərməyə səsləyib. Aksiyada, həmçinin bu gün Azərbaycanın inkişafına qısqanclıqla yanaşan, ölkəmizin imicinə xələl gətirmək istəyən bəzi qüvvələrin apardığı çirkin kampaniyaya qarşı etiraz səsləndirilib, bu dairələrin öz məqsədlərinə nail ola bilməyəcəkləri bəyan edilib.

Azərbaycan diasporunun üzvü Zakir Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib: “Bu gün Azərbaycan dövləti və xalqı ilə həmrəyliyimizi bildirmək üçün bir tədbirdə toplaşmışıq. Bu gün xalqımız üçün həlledici gündür. Məhz bu gün həmrəy və bir-birimizə dayaq olmalıyıq. Təəssüf ki, bu gün ölkəmizin sabitliyinə xələl gətirməyə cəhd edən bəzi insanlar var. Üzümü buradan bütün azərbaycanlılara tutaraq, onları harada olmalarından asılı olmayaraq birlik nümayiş etdirməyə səsləyirəm. Birliyimiz qələbəmizdir. Bütün Azərbaycan xalqını salamlayıram”.

Azərbaycan diasporunun başqa bir üzvü Rza Zeyni isə diqqətə çatdırıb: “Fransada yaşayan azərbaycanlılar olaraq bir araya gələrək xalqımızla, dövlətimizlə həmrəyliyimizi bildiririk. Biz bu gün xalqımızın yanında olduğumuzu göstərmək istəyirik. Avropada müəyyən qruplar var ki, ölkəmizin nüfuzuna, imicinə xələl gətirmək istəyir, yalan və böhtan dolu xəbərlər, fikirlər yaymağa çalışırlar. Biz onlara etirazımızı bildiririk. Arzumuz Azərbaycanı daha da güclü görmək, daim onun nailiyyətləri ilə sevinməkdir. Azərbaycan dövlətini dəstəkləyirik. Hər an ölkəmiz, xalqımız üçün səfərbər olmağa hazırıq”.





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved