• Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri gürcü ziyalılarla görüşüb
  • Bolnisi sakinlərinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunubBolnisi sakinlərinə Heydər Əliyev Fondunun hədiyyəsi təqdim olunub
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstandakı azərbaycanlı tələbələrlə görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstandakı azərbaycanlı tələbələrlə görüşüb
  • Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.


Xəbərlər


Fransada yaşayan həmyerlimiz, görkəmli pianoçu Bakıda ustad dəsrləri verəcək
2018-04-13 | 12:52 |

Fransada yaşayan həmyerlimiz, görkəmli pianoçu Bakıda ustad dəsrləri verəcək

 Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar artist, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, professor Adilə Əliyeva aprelin 16-dan başlayaraq Bakıda ustad dərsləri keçəcək. Məqsəd uşaq musiqi məktəblərində təhsilin keyfiyyətini yüksəltmək və müəllimlərin peşəkarlığını artırmaqdır.

Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Bakıya gələn Adilə Əliyeva aprelin 16-da Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində, aprelin 18-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində, aprelin 20-də isə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbində ustad dərsləri keçəcək.

Qeyd edək ki, Adilə Əliyeva Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək Çaykovski adına Konservatoriyada təhsil alıb. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Adilə Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir. Amerikalı eskpertlərin fikrincə, bu müsabiqə dünyanın ən nüfuzlu musiqi müsabiqələrindən biridir. Bu il mayın 17-də Adilə Əliyeva adına Pianoçuların 12-ci Beynəlxalq Müsabiqəsi keçiriləcək. Festivalın final konsertində bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirakı gözlənilir.

 





2018-06-20 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved