• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisi genişləndirilir
2018-04-17 | 15:58 |

Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisi genişləndirilir

 Misirin əl-Əzhər Universitetinin “Humanitar fənnlər” fakültəsinin ardınca “Dillər və tərcümə” fakültəsində də Azərbaycan dilinin tədrisinə başlanılacaq. “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov “Dillər və tərcümə” fakültəsinin dekan müavini, professor Məhəmməd Gazi və “Türk dili” şöbəsinin müdiri, professor Hazim Səidlə keçirdiyi görüşlərdə bu barədə müzakirələr aparılıb.

Misirdə Azərbaycan dilinin tədrisinin qarşılıqlı əlaqələrin inkişafındakı əhəmiyyətindən bəhs edən S.Nəsirov bildirib ki, hazırda Misirin ən mötəbər universitetlərində və təşkilatın Qahirədəki ofisində 600 nəfərdən çox tələbə Azərbaycan dilini öyrənir. Qeyd olunub ki, “Dillər və tərcümə” fakültəsi əl-Əzhər Universitetin önəmli fakültələrdən biri olduğu üçün orada Azərbaycan dilinin tədrisi hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Professor Məhəmməd Gazi isə öz növbəsində diaspor sədrinin təşəbbüsünü dəstəkləyərək, 2018-2019-cu tədris ilində "Dillər və tərcümə" fakültəsinin “Türk dili” şöbəsində Azərbaycan dilinin tədrisinə başlanılacağını qeyd edib.

Görşdə həmçinin, əl-Əzhər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı simpoziumun təşkili və digər məsələlər müzakirə edilib. Söhbət əsnasında Azərbaycanın dövlətçilik ənənələri və müasir Azərbaycan, onun inkişafı haqqında məlumat verən S.Nəsirov eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri də diqqətə çatdırıb.





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved