• ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür
  • Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşübFuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb


Xəbərlər


Kanada azərbaycanlıları Helsinki Komissiyasının dinləmələrinə etiraz edir
2018-05-15 | 16:29 |

Kanada azərbaycanlıları Helsinki Komissiyasının dinləmələrinə etiraz edir

 Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) ABŞ Helsinki Komissiyasının Azərbaycana dair dinləmələri ilə əlaqədar etiraz bəyanatı yayıb. Bəyanatda KATİ Helsinki Komissiyasının 2018-ci il mayın 9-da Azərbaycanda seçkilər və fundamental azadlıqlarla bağlı keçirilmiş dinləmələrinin səthi və əsassız olduğu diqqətə çatdırılır. Bildirilir ki, araşdıqma prosesinin bir qismi, tənqid olunma da daxil olmaqla spekulyasiyaya və ümumiləşdirməyə əsaslanır, hətta gerçəkləri faktlarla əks etdirmir: “Biz inanırıq ki, demokratiyanı gücləndirmək baxımında irəli sürülmüş təkliflər obyektiv analiz və prinsiplərə əsaslanmalıdır. Sizin tənqidlərinizdən bəlli oldu ki, 1991-ci ildə Sovet hakimiyyətinə qarşı qalxaraq, Azərbaycanı Ermənistanın təcavüzündən qorumaq üçün minlərlə qurban verən Azərbaycan xalqının demokratik düşüncəsini anlamamısınız”.

Bəyanatda daha sonra deyilir ki, gündəlik müşahidələrə əsasən Azərbaycan mətbuatında hakimiyyətin qanunvericilik, icra və məhkəmə orqanlarının bir çox aspektləri ilə bağlı tənqidi müzakirələr olub, müxalifətin nümayişlər və ya etirazlar yolu ilə hökumət əleyhinə fikrini sərbəst şəkildə ifadə etmək hüququna heç bir təzyiq göstərilməyib. Buna görə də, demokratiyanın bütün əsas elementlərinin bu gün Azərbaycanda yaxşı vəziyyətdə olduğu qeyd olunur.

KATİ Helsinki Komissiyasının Azərbaycanla bağlı son hesabatının təhriflərlə dolu olduğunu hesab edir və Komissiyanı bəzi ölkələrdə, o cümlədən Ermənistanda insan haqlarının pozulması faktlarına nəzər salmağa çağırır.

Qeyd edək ki, Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (The Canadian İnstitute of Azerbaijani Studies - CIAS) -  Kanadadakı Azərbaycanı tədqiq edən akademik mərkəzdir, eyni zamanda Kanadada akademik cəmiyyətin geniş bir hissəsini təmsil edən bitərəf, müstəqil təşkilatdır. Təşkilat yarandığı gündən etibarən, Azərbaycanda, eləcə də Mərkəzi və Şərqi Avropada demokratiya, insan və milli azlıqların hüquq və azadlıqlarını müdafiə edir, qanunun aliliyinə dəstək verir. KATİ həmçinin, Şimali Amerika və Azərbaycan əlaqələrini dəstəkləyir.





2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
2018-05-17 |
2018-05-16 |
2018-05-16 |
2018-05-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved