• ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür
  • Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşübFuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb


Xəbərlər


Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb
2018-05-17 | 18:12 |

Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb

 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Dan İanku və missiya rəhbərinin müavini Kristian Koroma arasında görüş baş tutub. Dövlət Komitəsinin sədri görüşdən məmnunluğunu ifadə etmişdir. Fuad Muradov Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə danışıb,  iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı  səfərlərin əhəmiyyətini vurğulayıb, həmçinin  DİDK ilə Rumıniyanın eyni dövlət oqranı arasında əlaqələrinin qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərindən danışıb.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələrin inkişafını daim  yüksək qiymətləndirib.

Görüş zamanı Ermənistanın Azərbaycan torpaqlarıı  işğal etməsinə  dünya ictimaiyyətinin biganəliyi və münaqişənin həlli istiqamətində ikili yanaşmanın hələ də davam etməsi barədə  məlumat verilib. 

Səfir Azərbaycanla Rumıniya arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdirilməsindən razılığının ifadə edib. Səfir həmçinin Azərbaycanda rumın, Rumıniyada isə Azərbaycan icmasının sayının  az olmasına baxmayaraq diaspor sahəsində əməkdaşlığın gücləndirilməsinin gələcəkdə ölkələr arasında münasibətlərə mühüm töhvə verə biləcəyini  qeyd edib.  Səfir Xaricdə yaşayan  Rumınlarla iş üzrə Nazirlik ilə DİDK arasında əməkdaşlığın daha da möhkəmlənməsiı, təcrübə mübadiləsinin aparılmasının vacibliyi məsələsinə toxunub. O həmçinin , Xaricdə yaşayan Rumınlarla iş üzrə Nazirlik ilə xaricdəki rumın icması arasındakı əlaqələrin qurulması və onlarla işin aparılması, birgə əməkdaşlığın həyata keçirilməsi  barədə də danışılıb.

Bununla yanaşı görüşdə iki ölkə arasında enerji sahəsində həyata keçirilmiş layihələr, Azərbaycanın Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərində iştirakı da diqqətdə saxlanıllıb.

 





2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
2018-05-17 |
2018-05-16 |
2018-05-16 |
2018-05-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved