• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
2018-05-18 | 18:14 |

Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir

 Bu günlərdə ABŞ Konqresi Helsinki Komissiyasında Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirilib. Kanadanın Vankuver şəhərindəki Azərbaycan icması ABŞ Helsinki Konqresində Azərbaycana qarşı irəli sürülən ermənipərəst dinləmələrə etirazları davam etdirir. Belə ki, Kanadada fəaliyyət göstərən “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin (AzSam) rəhbəri, siyasi elm xadimi Aslan Xalidi dinləmələrə qarşı etiraz bəyanatında Azərbaycan Respublikasında qanunun aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin, fundamental hüquq və azadlıqların qorunduğunu və mətbuat azadlığının tam şəkildə təmin olunduğunu diqqətə çatdırıb. Bəyanatda Azər­bay­canın xa­ri­ci si­ya­sət kur­sun­da dünyanın aparıcı ölkələri ilə ikitərəfli mü­na­si­bət­lə­rin qu­rul­ma­sı və in­ki­şaf et­di­ril­mə­si prio­ri­tet is­ti­qa­mət­lər­dən bi­ri­ kimi vurğulanıb.

“Bu gün Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı  münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir” –deyə Aslan Xalidi vurğulayib və o, Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib.

ABŞ Helsinki Komissiyasının Azərbaycana qarşı münasibəti bu günün reallıqlarına uyğun olmayan bir mövqedir. Son dövrlərdə ABŞ Konqresinin Helsinki Komissiyasının bəzi üzvlərinin erməni lobbisinin ən fəal tərəfdaşları kimi dəfələrlə Azərbaycanın əleyhinə mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Təəssüf ki, dövlətlər arasındakı münasibətlərin sərinləşməsində müxtəlif maraqlı dairələrin təsiri altına düşmüş Helsinki Komissiyası kimi qurumlar müəyyən rol oynayır. Məhz maraqlı qüvvələrinin təsiri nəticəsində Helsinki Komissiyası demokratiya yolu ilə gedən xalqların mənafelərini müdafiə etməkdən daha çox dünyanın müxtəlif regionlarında marağı olan müəyyən siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən quruma çevrilib. Bütün bunlara baxmayaraq, Azərbaycanın bundan sonra da ölkədə insan hüquqlarının təmin olunması istiqamətində səylərini davam etdirəcəyi heç kimdə şübhə doğurmur.

 





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved