• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
2018-05-21 | 15:43 |

ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb

 Amerika Azərbaycan Mədəniyyət Assosiasiyası və Nyu Yorkda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası-Azərbaycan Amerika Qadınlar Assosiasiyası,  Azərbaycan Nyu-York Assosiasiyası, Nyu York Mədəniyyət Mərkəzi, Bakı Bruklin Dostluq Assosiasiyası, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi, "AZZEM" Beynəlxalq Fondu, “My Way" İnkişaf mərkəzi ABŞ Helsinki Komissiyasının 9 May, 2018-ci il tarixli dinləmələri ilə bağlı bəyanatlar yayıb

Bəyanatlarda bildirilir ki, Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdür və atdığı addımları hər hansı fövqəldövlətin marağına görə deyil, məhz öz milli maraqlarına görə müəyyənləşdirir. Azərbaycanın müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə,  balans siyasətinə üstünlük verməkdə maraqlıdır.

Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Biz Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında mövcud olan uzunmüddətli strateji əlaqələri yüksək qiymətləndirirk. Xatırladırıq ki, Azərbaycan 11 sentyabr faciəsindən sonra terrorizmə qarşı mübarizə apararaq ABŞ-ı dəstəkləyən ilk dövlətlərdən biri olub.

Düşünürük ki, ABŞ Hökumətinin etibarlı tərəfdaşı olan Azərbaycan Respublikası ilə mühüm ikitərəfli əlaqələrə zərər verə biləcək istənilən seçici yanaşmanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik.

 

 

                

 

 

 





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved