• Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.Gürcüstanda Ağsaqqalar Şurasının üzvləri ilə görüş olub.
  • Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilibBorçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar yad edilib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşübDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Qriqol Nemsadzenin görüşüb
  • Fuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşübFuad Muradov Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüb
  • Misirdə Ramazan ayı münasibətilə tədbir keçirilibMisirdə Ramazan ayı münasibətilə tədbir keçirilib


Xəbərlər


"Cümhuriyyətin 100 illiyi" Diaspor Gənclərinin I Yay Düşərgəsinə müraciət başladı
2018-06-13 | 15:50 |

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi,  Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkil etdiyi xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün Diaspor Gənclərinin I Yay Düşərgəsində iştirakla bağlı müraciətlərin qeydiyyatı başladı.

15-20 avqust 2018-ci il  tarixlərdə təşkil ediləcək düşərgənin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100 illiyi münasibəti ilə dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.

 İştirakçı seçimi meyarları:

·         18-29 yaş qrupunda olmalı;

·         Azərbaycan dilində ünsiyyət bacarığı;

·         Diaspor nümayəndəsi və ya diaspor təşkilatının üzvü olmalı;

·         Düşərgə müddətində tam davamiyyətə məsul olmalıdır.

İş qaydası: Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi və mədəni yerlərinə ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar keçiriləcək. Düşərgədə tam iştirak edən iştirakçılar diplomla təltif olunacaqlar.

Xərclər: Diaspor Gənclərinin I Yay Düşərgəsi ödənişsizdir. İştirakçıların bütün xərcləri (yol xərcləri, viza, yaşayış, yemək, daxili nəqliyyat, səyahət sığortası) tam şəkildə qarşılanacaq.

Müraciət  prosesi: Aşağıda göstərilmiş bütün sənədlər  30 iyun, 2018-ci ilə qədər http://www.diaspora.gov.az/qeydiyyat/   link vasitəsi ilə elektron şəkildə təqdim olunmalıdır.

·         Ərizə forması

·         Dəstək məktubu (Üzvü olduğu diaspor təşkilatı, Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditasiya olunmuş nümayəndəliyi (səfirlik/konsulluq) və bu və ya digər formada Azərbaycan Respublikası ilə hüquqi bağlılığı olan təşkilatlardan)

·         Pasportun surəti

Diaspor Gənclərinin I Yay Düşərgəsinə seçilən namizədlərlə 15 iyul 2018-ci il tarixinə qədər əlaqə saxlanılacaq və video görüntülü müsahibəyə dəvət ediləcək. 





2018-06-14 |
2018-06-14 |
2018-06-14 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
2018-06-13 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved