• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Filmlər


"BİZ AZƏRBAYCANLIYIQ"
2005-05-23 | 20:07 |

 

 Tale elə gətirib  ki,dünyanın bir çox ölkəsində soydaşlarımız məskunlaşıb.onlar müxtəlif şəhərlərdə yaşasalar da,ayrı-ayrı sahələrdə çalışsalar da,hər birinin qəlbində eyni nur-vətən sevgisi vardır.Bütün millətlərə hörmətlə yanaşan,beynəlmiləl təbiətli,tolerant düşüncəli azərbaycanlılar harada olsalar da,əsrlərdən gələn milli ruhu,adət ənənəni nəsildən-nəslə ötürərək yaşatmağa qadirdirlər.
Azərbaycan müstəqillik qazanandan sonra müxtəlif səbəbdən xaricdə yaşayan soydaşlarımızla əlaqələrin daha da möhkəmlənməsinə heç bir ideoloji əngəl qalmadı.Diaspor təşkilatlarının fəaliyyətinin genişlənməsi və güclənməsi ,qurumlar,cəmiyətlər,dərnəklər arasında əlaqələrin möhkəmlənməsi,birliyin, həmrəyliyin yeni məzmun kəsb etməsi tarixin verdiyi imkan və zamanın tələbi oldu.Əbədiyyətə qovuşan Ümummilli liderimiz Heydər Əliyev məhz bu zərurəti nəzərə alıb,Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə sərəncam imzalandı.Beləliklə,2001-ci ilin noyabr ayında 37 ölkədən diaspor nümayəndələri Bakıda bir araya gəldilər.İki gün davam edən ali məclisdə dinlənən məruzə və çıxışlarda müx-təlif icmaların,birliklərin və cəmiyyətlərin fəaliyyəti barədə maraqlı məlu-matlar səsləndi,irili-xırdalı təşkilatların işinin daha da fəallaşması, əhatə dairəsinin genişlənməsi,əlaqələrin güclənməsi barədə təkliflər verildi.Ümummilli Lider Heydər Əliyevin proqram xarakterli nitqi qurultay  nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandı,gələcəyə uzanan şərəfli bir yolun əsas istiqamətlərini müəyyənləşdirdi.Qurultay 103 nəfərdən ibarət Əlaqələndirmə şurası,23 nəfərdən ibarət idarə heyəti,eləcədə sədr və müavinlər seşdi.
"BİZ AZƏRBAYCANLIYIQ"sənədli filminə seyr etməklə milli birliyimiz üçün
tarixi əhəmiyyət kəsb edən Dünya azərbaycanlılarının I Qurultayının işi ilə
yaxından tanış olacaqsınız.




2009-05-23 |
2009-05-23 |
2008-05-23 |
2007-05-23 |
2006-03-16 |
2005-05-23 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved