• 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib


Müsahibələr


Təranə Paris Baku: "Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir olmalıyıq!"
2013-05-14 | 16:56 |

Təranə Paris Baku:

Təranə Monbarbyu (Allahverdiyeva) ətirlər şəhərində küləklər şəhərinin giləvarını əsdirən şəxslərdəndir. Azərbaycanlı adı daşısa da onu ilk dəfə sosial şəbəkədə görəndə fransız zənn etmişdim. Bu da onun Paris Baku təxəllüsü ilə bağlı idi. Amma tanışlıqdan sonra öyrəndim ki, Təranə xanım Laçında anadan olub, Şuşada böyüyüb. Elə ilk musiqi təhsilini də Şuşada alıb, şəhərin uşaq xorunda oxuyub. Qarabağ  müharibəsi başladıqdan sonra qaçqın düşən ailəsi Bakıda məskunlaşıb.

  

-         Təranə xanım, maraqlı təxəllüsünüz var: Təranə Paris Baku. Belə bir təxəllüs götürməyiniz nə ilə bağlıdır?

 

-         Parisdə yaşayan azərbaycanlı musiqiçi kimi çoxları məni iki ölkə arasında mədəni körpü adlandırır. Mən də çalışıram öz fəaliyyətimlə bu adı doğruldum. Düşündüm ki, təxəllüsüm də fəaliyyətimi əks etdirməlidir və beləliklə, Paris Baku yarandı.

 

-         Bəs Laçından, Şuşadan Parisə qədər gəlməyiniz necə oldu?

 

-         Uşaqlıqdan ən böyük arzum Sorbon Universitetində təhsil almaq idi. Ümumiyyətlə, ailəmizdə xarici dillərə sevgi və maraq vardı, bu da hər halda fransız dili müəlliməsi olan anamdan qaynaqlanırdı. Bakıda Xarici Dillər Universitetində İngilis dili tərcüməçilik fakültəsini bitirəndən sonra Fransada Sorbon Universitetinin xarici dillər; Media və kommunikasiya fakültəsinə qəbul olub, fərqlənmə diplomu ilə başa vurdum. Daha sonra musiqi təhsili aldım. Viktor Hüqonun doğma şəhərində - Bezansonda milli konservatoriyanın və Parisin tanınmış “Manufacture Chanson” məktəbinin məzunu oldum. Artıq Fransadayam, həyat yoldaşım Erik Monbarbyula da burada tanış olub evlənmişik. Ulduzə və Leyli adında iki qızımız var.

 

-         Parisdə musiqi ilə məşğul ola bilirsinizmi?

 

-         Fransanın çox şəhərlərində, xüsusi ilə də Parisdə mədəni həyat çox zəngindir. Mən müxtəlif proqramlarda, məclislərdə, beynəlxalq festivallarda iştirak edirəm. Peşəkar musiqiçilərlə, qruplarla bir yerdə işləyirik. Tez-tez Fransadan kənara da çıxırıq. Bakıda gənc vokalçılar jazz-festivalının laureatı olmuşam, İngiltərədə konsertlər vermişəm. 2011-ci ildə Moskvada fransız şansonunun ən yaxşı ifaçıları festivalına Fransadan fəxri qonaq kimi dəvət olunmuşdum. Yaxın vaxtlarda isə “Tarana Colors” adlı ilk albomum işıq üzü görəcək. Aprelin 6-da doğma Bakıda –Jazz Center`də ilk konsertim oldu və burada həmin albomdakı musiqiləri ilk dəfə dinləyicilərə təqdim etdim. Albomda məşhur fransız kompozisiyaları Azərbaycan dilində səslənilir.  

 

-         Bildiyim qədər siz Eurovision 2012-də Fransa nümayəndə heyətinin tərkibində Bakıya gəlmişdiniz. Maraqlıdır, Fransada hər hansı bir musiqi yarışmasında iştirak etmək niyyətiniz yoxdur ki?

 

-         Bəli, keçən il böyük fəxrlə Fransa Eurovision nümayəndə heyətini Azərbaycanla tanış etdim. Bütün heyət ilk dəfə idi ki, Bakıya gəlirdi və ümumiyyətlə, Azərbaycan barədə öyrənirdi. O ki qaldı yarışmada iştirakıma, hələlik belə bir planım olmasa da, gələcəkdə müsabiqələrə qatıla bilərəm.

 

-         Sizin Fransada fəaliyyət göstərən Azərbaycan diasporu ilə də sıx əlaqələriniz var. Bu haqda istərdik danışasınız.

 

-         Bir azərbaycanlı, həm də Qarabağdan olan azərbaycanlı kimi çalışıram vətənimin üzləşdiyi problemləri fransız xalqına çatdırım. Gördüyüm işlərlə Azərbaycanı tanıtmağa, onun reallıqlarını Fransa kimi mühüm ölkədə yaymağa çalışıram və bu istiqamətdə işləyən insanlara dəstək oluram. Məsələn, Parisdə Azərbaycan Evi adlı təşkilatda mədəni məsələlər üzrə məsləhətçi kimi fəaliyyət göstərirəm.

 

-         Bir azərbaycanlı musiqiçi olaraq fransız xalqına Azərbaycanı ilk növbədə necə təqdim edirsiniz?

 

-         Zəngin tarixə malik, qonaqpərvərliyi ilə seçilən, Şərqi və Qərbi özündə əks etdirən unikal bir ölkə kimi.

 

-         Yeri gəlmişkən, fransızlar Azərbaycanın hansı mədəni nümunələrini daha çox sevirlər?

 

-         Fransızlar daha çox Azərbaycan mətbəxini bəyənirlər və onu Fransanın cənub bölgəsinin mətbəxi ilə müqayisə edilər.

 

-         Dünya azərbaycanlılarına sözünüz…

 

-         Güc birlikdədir, məncə, harada yaşamağımızdan asılı olmayaraq beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərini çatdırmaq üçün bir olmalıyıq. Azərbaycanın təcavüzə məruz qaldığını, torpaqlarının işğal olduğunu beynəlxalq ictimaiyyət bilməlidir.

 

 

Ülviyyə Heydərova

 

 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved