• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


Müsahibələr


Mira Sorvino: "Mən bu gözəl ölkəyə yenidən qayıtmaq üçün bir səbəb axtarıram"
2013-05-29 | 16:07 |

Mira Sorvino:

Dünyaca məşhur aktyorların adı çəkiləndə istər-istəməz göz önünə ya onların rolları, ya qırmızı xalı üzərində verdikləri pozlar, ya da dəbdəbəli həyatı canlanır. Amma elə ulduzlar da var ki, özlərini sənətdən, şəxsi həyatdan başqa, həm də dünyanın dərdinə həsr edirlər və onların bu fəallığı həmişə, hər yerdə böyük rəğbətlə qarşılanır.  Əslində, bu, təəccüblü deyil, çünki məşhur sənət adamlarının kütləyə təsir gücü bitib tükənməzdir

 

Hollivud ulduzu, Oskar, Qızıl Qlobus mükafatlarının sahibi Mira Sorvino da dünyada baş alıb gedən insan alverinin qarşısını almağa çalışan məşhur amerikalı aktrisadır. Aktrisa BMT-nin insan alverinə qarşı qlobal mübarizə üzrə sülhməramlı səfiri kimi etirazını müxtəlif ölkələrin kürsülərindən səsləndirir, bununla bağlı müzakirələrə, debatlara qatılır. Təsadüfi deyil ki, o, bu yaxınlarda Bakıda keçirilən 1-ci Cənubi Qafqaz Forumunda da iştirakçılar arasında idi və insan alveri ilə bağlı sessiyada insan alverinin səbəblərindən və coğrafiyasından, icbari əməkdən, daha çox uşaqlar və qadınların insan alverinin qurbanına çevrilməsindən və bu problemin həlli yollarından ürək ağrısı ilə danışırdı.

 

Maraqlı həyatı olan Mira Sorvina ilə elə həmin tədbir çərçivəsində aldığımız müsahibə də onun bu istiqamətdə göstərdiyi fəaliyyət üzərində quruldu. Mira Sorvina söhbətə onu Bakıya gətirən səbəbdən – 1-ci Cənubi Qafqaz Forumundan, onun əhəmiyyətindən söz açmaqla başladı.  

 

- Bu foruma böyük məmnuniyyətlə qatıldım. Hesab edirəm ki, belə tədbirlərin çox böyük əhəmiyyəti var, əvvəlki illərlə müqayisədə bu problemə diqqət də çoxalıb. Beş-altı il öncə keçirilən bu cür tədbirlərdə insan alveri mövzusuna ayrıca panel və ya sessiya ayrılmazdı. Ən yaxşı halda problem qadın və yaxud uşaq hüquqları mövzusu çərçivəsində müzakirə edilərdi. Amma indi beynəlxalq təşkilatlar, dünya ölkələri, QHT-lər, insan alveri probleminə çox böyük diqqət ayırıb və bu təqdirəlayiq haldır. Mən Azərbaycan hökumətinin bu işdə iştirakını müsbət qiymətləndirirəm. Hesab edirəm ki, biz birgə fəaliyyətlə insan alveri probleminin öhdəsindən gələ bilərik.

 

Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Azərbaycanın çox açıq bir cəmiyyət olmasını, ölkəsində insan kapitalına investisiya qoymaq istədiyini qeyd etdi. Bu halda əlbəttə ki, insan alveri mövzusundan yan keçmək olmaz. Mən əminəm ki, Azərbaycan insan alverinə qarşı mübarizədə doğrudan da dünyada lider ölkələrdən biri olacaq.

 

- Maraqlıdır ki, gələcəkdə bu mövzu ilə bağlı Bakıda konfrans keçirilərsə, yenidən iştirak edərdinizmi?

 

- Əlbəttə, mənə maraqlı olardı. Qeyd etdiyim kimi belə tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. Çıxışımda da dedim ki, daha yaxşı olardı bu cür konfranslarda əvvəllər insan alverinin qurbanları olmuş insanlar da iştirak edib, müzakirələrə qatılsınlar. Bununla onu göstərmək lazımdır  ki, onları cəmiyyətə yenidən inteqrasiya etmək mümkündür. Təəssüflər olsun ki, Bakıya səfərim çox qısamüddətlidir, burada insan alverinə, icbari əməyə qarşı mübarizə aparan QHT-lərlə görüşmək, onların problemlərini dinləmək istəyərdim. Azərbaycana növbəti səfərimdə çalışacam ki, vaxt qıtlığı olmasın və kontkret olaraq bu istiqamətdə bir sıra görüşlər keçirim.

 

- Siz icbari əməklə bağlı fikirlərinizdə Azərbaycandakı vəziyyətə də toxundunuz...

 

- Bəli, mən statistikaya nəzər saldım, burada göstərilir ki, insan alveri üzrə cinayət məsuliyyətinə cəlb edilmə halları azalır. Lakin 2011-ci ildən icbari əmək ittihamı ilə bir nəfər də cinayət məsuliyyətinə cəlb olunmayıb. Bu, məni bir qədər təəccübləndirdi. Çünki dünya ölkələrində, o cümlədən Azərbaycanda iqtisadiyyat artır. 2011-ci ildə Azərbaycan qanunvericiliyində dəyişiklik edilib və bu dəyişikliklərdə icbari əməkdən istifadə edən şirkətlərə qarşı daha sərt cərimələr öz əksini tapıb.

 

Mən həmçinin, təlimlərin keçirilməsini əhəmiyyətini vurğulamaq istərdim. Düşünürəm ki, BMT, eləcə də müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ölkələrin hüquq mühafizə orqanlarında, məhkəmə sistemlərində xüsusi təlimlər keçirilərsə, bu, çox fayda verə bilər: qanunvericiliyin tətbiqi sərtləşər, cinayət törədən insanların daha tez şəkildə məsuliyyətə cəlb edilməsi asanlaşar. Bunu təbii ki, insan alverinə qarşı mübarizəyə də yönəltmək olar. Bilirəm ki, Azərbaycanda bu istiqamətdə müsbət dəyişikliklər var. Hökumət bu məsələyə diqqət göstərir və insan alverinə qarşı mübarizədə xüsusi proqram hazırlayıb. Çox müsbət haldır ki, hökumət bu məsələdə QHT-ləri də dəstəkləyir. Bu, ümumbəşəri bir problem olduğu üçün bütün ölkələr mübarizəni sərtləşdirməlidir. Məsələn, öz ölkəmdə, yəni ABŞ-da narkotiklərin qanunsuz alverinə qarşı mübarizə üçün daha çox vəsait ayrılır, nəinki insan alverinə. Yaxud da ştatlar insan alverinə qarşı mübarizədə qanunları sərtləşdirmir. Mən hesab edirəm ki, bu, çox acınacaqlı haldır. Söhbət insanlardan, insan ləyaqətindən gedir. Mən bir ABŞ vətəndaşı, bu məsələ ilə bağlı məşğul olan bir fəal kimi bunu çox tənqid edirəm. 

 

- İnsan alverinin yaranması səbəbini nədə görürsünüz?

 

- Acınacaqlı haldır ki, bəzi ölkələrdə insanlar doğulanda onların qeydiyyatı aparılmır. Doğum haqqında şəhadətnaməsi olmayan şəxslərin sonradan insan alverinin qurbanına çevrilməsi ehtimalı daha yüksəkdir.

1-ci Cənubi Qafqaz Forumunda mən BMT-ni təmsil edirəm. Qeyd edim ki, BMT bu problemin bütün ölkələrdə mövcud olmasından xəbərdardır və çalışırıq bu mübarizə hər bir ölkədə təşkil edilsin.

 

- Amma gəlin etiraf edək ki, insan alverinə qarşı mübarizə aparılsa da, problemin qarşısını almaq mümkün olmayıb...

 

- Biz bu barədə nə qədər sussaq, bir o qədər insan alverçilərinə kömək etmiş olarıq. Əslində, onların istədiyi də budur: bu haqda heç kim düşünməsin, danışmasın, ictimaiyyət onların bu dəhşətli fəaliyyətindən xəbər tutmasın. Biz başa düşməliyik ki, bu, qadınların, kişilərin, uşaqların həyatını alt-üst edən problemdir. Elə insanlar var ki, günlərlə, aylarla işıq üzü görmədən işləməyə məcbur edilirlər. Bu, insanların əxlaqına, ləyaqətinə qarşı çox böyük təhqir və cinayətdir. Biz hamımız birləşərək, səsimizi ucaldaraq bütün dünyanın diqqətini bu problemə cəlb edib, onu çözməliyik.

 

- Bilirik ki, bu sizin Azərbaycana ilk səfərinizdir. Ölkəmiz haqda təəssüratınızı bilmək istərdim...

 

 - Möhtəşəm. İnsanlar çox istiqanlı və mehribandır. Tarixi yerləri gəzdik - İçərişəhərdə, Şirvanşahlar kompleksində olduq, Qobustanı gördük. Mən həyat yoldaşımla, dörd uşağımla gəlmişəm, səfər onların da ürəyincə oldu. 

 

- Və nəhayət, siz aktrisanınız. Bakıdan sizə ssenari təqdim olunarsa, çəkilməyə razılıq verərsinizmi?

     

- Əlbəttə, yaxşı layihə olarsa, böyük məmnuniyyətlə gələrəm. Əslində, mən bu gözəl ölkəyə yenidən qayıtmaq üçün bir səbəb axtarıram...

 

Ülviyyə Heydərova

İngilis dilindən tərcümə:

Hafiz Qayıbov   





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved