• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Müsahibələr


Xəlil Akıncı: "Tək bir sözüm var. Güc birlikdən yaranar!"
2013-07-05 | 17:39 |

 Xəlil Akıncı:

Türk dünyası və bu dünyaya məxsus insanlar sadəcə Türk olduqları ilə qürur duymur, onlar bəşəriyyət tarixində böyük iz buraxmış, töhfələr vermiş və hələ də öz qatqıları ilə dünya mədəniyyətini zəngilnləşdirməkdə olan bir milləti təmsil etməsi ilə də fəxr edir. Müasir dövrdə isə Türk dünyası nümayiş etdirdiyi birliklə digər xalqların, millətlərin örnəyinə çevrilib. 2009-cu ilin oktyabrında Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı zamanı imzalanmış müvafiq sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı və artıq dörd ilə yaxındır ki, Şurada birləşən  - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan arasında müxtəlif sahələrdə əməkdaşlıq daha da genişlənir və güclənir. İyunun 21-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatları rəhbərlərinin I Forumu isə Türk dünyası diasporunun birləşməsi ilə nəticələndi.

 

Müsahibimiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Xəlil Akıncıdır:

 

- Xəlil bəy, Türk dünyasındakı münasibətləri necə dəyərləndirirsiniz?

 

- 1992-ci ilə qədər Türkiyə Türk dövlətləri içərisində uzun müddət formalaşmış və inkişaf etmiş yeganə müstəqil dövlət idi. Sonradan daha  5 dövlət Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın da müstəqillik əldə etməsi artıq Türk dünyasının birləşməsi zərurətini yaratdı. İlk növbədə türkdilli ölkələr arasında əməkdaşlıq yaratmaq və bu əməkdaşlığı genişləndirmək ideyası ortaya çıxdı. Bu istiqamətdə ciddi addım isə 2009-cu ildə Naxçıvanda atıldı - Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Toplantısı zamanı «Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının yaranması haqqında» saziş imzalandı. Naxçıvan sazişindən sonra Türk dövlətləri arasındakı münasibətlər yeni müstəviyə keçdi və Türk dünyasının birləşməsinə böyük təkan verdi. Dövlətlərin birgə həyata keçirdiyi layihələrin sayı artdı, müxtəlif sahələrdə əməkdaşlıqlara başlanıldı və genişləndi. Məsələn, bu bərabərliyin sayəsində BMT Təhlükəsizlik Şurasında əvvəlcə Türkiyə, sonra Azərbaycan, daha sonra Qazaxıstan təmsil olunacaq. Bütün bunları Naxçıvan sazişindən sonra yaranmış birliyin nəticəsi kimi qiymətləndirmək olar. Təəssüf ki, digər 2 türkdilli dövlət - Türkmənistan və Özbəkistan bu işdən kənarda qalıblar. Amma gələcəkdə Özbəkistan və Türkmənistanın da bu Şuraya qatılacağı istisna deyil.

 

- Naxçıvan sazişinin türkdilli dövlətlərin diaspora sahəsində əməkdaşlığına necə təsir göstərdi?

- Naxçıvan sazişindən sonra hər sahədə - iqtisadiyyat, təhsil, mədəniyyət, elm sahəsində ilk addımlar atıldı. İndi isə diaspor sahəsinə dəstək verilir. Ötən ildən bəri Türk dövlətlərinin diasporunun təşkilatlanması ilə məşğul oluruq. Bu, dörd Türk dövlətinin- Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstanın birləşməsi sayəsində əldə olunan böyük uğurdu.

 

- Necə hesab edirsiniz, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatlarının birləşməsi nə dərəcədə mümkün olacaq?

 

- Ümumiyyətlə, Türk diasporlarını bir araya gətirmək lazımdır. Çünki biz dünyada say etibarı ilə bəlkə də hamıdan çoxuq. Dünyada 10 milyondan çox türk diaspor nümayəndəsi var. Amma bizim səsimiz başqa diasporlar kimi çıxmır. Niyə? Çünki birləşməmişik. Türkdilli xalqlar arasında fikir ayrılığı var - Türkiyə başqa bir tərəfə, digər türkdilli ölkələr isə ayrı səmtə çəkir. Ona görə də qərara gəldik ki, türkdilli xalqların diasporları üçün ortaq fəaliyyət strategiyası qəbul edək və beləliklə onları bir araya gətirək. Əsas məqsədlərimizdən biri budur ki, diaspor üzvləri ana vətənləri ilə əlaqələrini qırmasınlar, qopmasınlar. Xüsusilə gənc nəsilə milli ruh aşılamaq, onların vətənə bağlılığını, bir-birini tanımasını, əlaqəsini təmin etmək çox önəmlidir. Çünki valideynlərindən fərqli olaraq, gənclərin vətəndən mədəni əlaqələrinin qopması ehtimalı çox böyükdür. Gənclərin ana dilini unutmaması üçün xaricdə məktəblərin açılması vacibdir.

 

- Azərbaycan diasporu haqqında fikirlərinizi bilmək maraqlıdır…

 

- Azərbaycan diasporla çalışan dövlət komitəsi yaratmış ilk Türk dövlətidir. Məhz bu qurumun həyata keçirdiyi təbdirlər nəticəsində xaricdəki azərbaycanlılar təşkilatlana biliblər. Təqdirəlayiq haldır ki, diaspor təşkilatları həmin ölkədə yaşayan azərbaycanlını axtarır, tapır və lobbiçilik işinə cəlb edirlər. İyunun 21-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor təşkilatları rəhbərlərinin I Forumu da sübut etdi ki, Azərbaycan bu sahədə xeyli təcrübə qazanıb. Forumun təşkilati və digər bütün işləri yüksək səviyyədə görülmüşdü. Hesab edirəm ki, bu toplantı və xaricdəki azərbaycanlıların təşkilatlanmaq bacarığı digər türkdilli dövlətlərə və onların diasporlarına bir örnək olacaq.

 

- Türk dünyasına sözünüz..

 

- Tək bir sözüm var. Güc birlikdən yaranar. Bir qədim Türk əfsanəsində olduğu kimi, biz də birləşəndə çox güclü oluruq. Həmişə bir olmalıyıq. Bir arada olanda qarşımızda heç bir güvvə dayana bilməz.

 

Ülviyyə Heydərova

 

                                                                                                              

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 





 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved