• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Müsahibələr


Şahzadə Rabiatu Njoya: "Mədəni dialoq yeganə çıxış yoludur"
2013-07-17 | 17:54 |

Şahzadə Rabiatu Njoya:

Kamerunlu yazıçı Şahzadə Rabiatu Njoya ilə Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda tanış oldum. Öyrəndim ki, yazar xanım Kamerun Sultanının qızıdır. Babası Kamerunda ilk dəfə islam dinini təbliğ edənlərdən olub. Bəzi sultanlar eyni zamanda görkəmli şair, yazıçı kimi tarixə düşsə də, onların övladının əhli-qələmə çevrilməsinə nadirən təsadüf edilir. Odur ki, kamerunlu yazıçının əsərləri ilə olmasa da, onun özü ilə tanış olmaq, mədəniyyətin, islam dininin müasir cəmiyyətdə rolu haqqında fikirlərini öyrənmək istədim…

 

 

-Xanım Njoya, bu sizin Azərbaycana ikinci səfərinizdir. Yəqin ki, ölkəmiz haqqında müəyyən təəssüratlarınız var…

 

- Əvvəla Dövlət Komitəsinin (Diasporla İş üzrə Dövlət Komitəsi - red.) saytı üçün müsahibə vermək fürsətini bəxş etdiyinizə görə dərin minnətdarlığımı bildirirəm! Bəli, bu mənim ölkənizə ikinci səfərimdi. Birinci dəfə 2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmişəm. Foruma növbəti dəfə qatılmağımdan olduqca məmnunam. Qeyd edim ki, Azərbaycan çox sürətlə inkişaf edir: hər yerdə müasir binalar tikilir, parklar salınır, yollar yenilənir. Əgər bu bir məqsəddirsə, bir inkişaf proqramıdırsa, bu sahədə çox irəli getmisiniz, hər bir sahədə inkişaf etmisiniz. Belə inkişafa çox az bir müddətdə nail olmağınız cox böyük təəccüb doğurur. Bəlli olur ki, bunun üçün heç nəyi əsirgəməmisiniz. Yaşayış və inkişaf meyarları demək olar ki, tamamilə eynidir. Bu səylərinə görə Azərbaycan xalqını və hökumət başçısını ürəkdən təbrik etmək istərdim.

 

- Sizcə, mədəniyyətlərarası dialoqun əhəmiyyəti nədədir?

 

-Mədəniyyətlərarası dialoqun təşkili Birləşmiş Millətlər Təşkilatının təşəbbüsüdür. Təşkilat dünyadakı hər bir hadisə ilə maraqlanır, sualları cavablandırır, təşəbbüslərlə çıxış edir və müvafiq qərarlar qəbul edir. Əgər münaqişələr baş verirsə, burada günahsız insanlar həlak olur. Bu müharibə öz növbəsində başqa bir münaqişəni törədir. Qlobalaşan dövrdə dünya tədricən "balaca kəndə" bənzəməyə başlayıb. Amma dünyanın genişlənməsi, qloballaşması haqda heç bir şübhə də ola bilməz. Bəs, sonra nə baş verəcək? Sonrası odur ki, müharibələri dayandırmalıyıq, dialoqa başlamalıyıq, bütün sahələrdə tolerantlığı təbliğ etməliyik. Dinə, mədəniyyətə, hətta insanların geyim tərzinə olan tolerantlığın artması, əslində dünyanı müsbət istiqamətə yönəldir. Ortada müştərək bir miras var və bu mirasın kökündə unikal mədəniyyət durur. Hansı ki, o özü də hansısa bir mədəniyyətdən yaranıb. Həmin mədəniyyət də nəsildən nəsilə keçərək müştərək mədəniyyətə çevrilir.

 

-Sizin babanız islam dinini Kameruna gətirən ilk rəhbər olub. Tarixinizin bu mərhələsi haqqında nə deyə bilərsiz?

 

-  XIX  əsrdə islam Kameruna gəlib. Ondan əvvəl burada İslam dini yox idi. Hesab edirəm ki, bu mən və ailəmiz üçün böyük uğurdur. Babamın islam dinini ölkəyə və bölgəyə gətirməsi həqiqətən də ailəmiz üçün böyük şərəfdir. Məhz bizim  Kamerunda ilk məscidlərin tikilməsində və ölkədə islamın dinin təbliğində rolumuz var. Məhz bu fəaliyyətin nəticəsi olaraq hazırda ölkəmizdə əhalinin 40 faizini müsəlmanlar təşkil edir. Kamerunluların 50 %-i protestant, ortodoks, katoliklərdən ibarətdir. Gördüyünüz kimi, Kamerunda hər bir konfessiyanın nümayəndəsi var və onlar  sülh şəraitində yaşayırlar.

 

-Məlumdur ki, müasir dövrdə bir çox islam ölkələri təzyiqə məruz qalır. Sizcə, bu təzyiqin qarşısını necə almaq olar?

 

- Düşünürəm ki, mədəni dialoq yeganə çıxış yoludur. Biz mədəni müxtəliflilikdən danışanda, buraya dini də aid edirik. Biz dünyada islamın terror, təxribat olmadığını təbliğ etməliyik. Baş verən terroların kökündə islamın dayanmadığını anlatmalıyıq. İslam dininin yayılması üçün zora əl atmağa ehtiyac yoxdur. Artıq dünya əhalisi çox sürətlə müsəlmanlaşmağa başlayıb. Quranda da buyrulub ki, dünyanın sonunda hər kəs müsəlman olacaq. Mən bunu Quranda oxusam da, Avropaya gedənə qədər tam anlaya bilmirdim. Amma Avropa səfərimdən sonra gördüm ki, insanlar necə maraqla islamı qəbul edir, hər yerdə məscidlər tikilir.

 

-Necə düşünürsüz, dünyanı din xilas edə bilər yoxsa mədəniyyət?

 

-İkisi də dünyanı xilas etmək iqtidarındadır. Amma şübhəsiz ki, din öncə gəlir. Fikir vermisinizsə hər kəs çıxılmaz vəziyyətdə düşəndə ilk olaraq Allaha dua edir. Digər tərəfdən mədəni həyata interqrasiya maddi vəsait tələb edir, məsələn, teatra, operaya, konsertə getmək müəyyən məbləğ ödəmək lazım gəlir. Bu baxımdan din fərqlidir,  Allah həmişə var. Hər zaman onunla həmahəng olmağa çalışın. Şəxsən mən inanclı biriyəm.

 

-Bilirik ki, siz yazıçısız. İstərdik, oxucularımıza bu haqda məlumat verərdiniz…

 

-Yazmağa 70-ci illərdən başlamışam. İndiyə qədər 15-ə yaxın kitabım nəşr olunub. Əsərlərim əsasən teatrla bağlıdır. Ümumilikdə, əsərlərimdə Afrikadakı vəziyyəti işıqlandırmağa çalışıram ki, bunun vasitəsilə cavanlara, qadınlara və hətta pələnglərə qarşı törədilən bir sıra haqsızlıqlara qarşı mübarizə aparım. Həmçinin, çoxevlilik, eynicinsli nikahlar, qadınların cəmiyyətə integrasiyası mövzuları da əsərlərimdə mühüm yer alıb. Eləcə də, çalışıram ki, gənclərdə mədəniyyətə, incəsənətə maraq oyadım. Onlar teatr səhnəsinin gündəmində olan ciddi məsələləri daha tez və effektiv qavraya bilərlər...

 

Haqqında

 

Şahzadə Rabiatou Njoya 1945-ci ildə Kamerunda dünyaya gəlib. Atası Sultan Kamerunun kiçik şəhərlərindən sayılan Foumbanın meri olub. Babası İbrahim Njoya (1889-1933) Afrika Bamum (indiki qərbi Kamerun) sultanlığının hökmdarı olub. R.Njoya ailəsi ilə birlikdə Foumbanda yaşasa da, sonradan təhsil almaq üçün Yaundeye yollanıb. O, 1967-ci ildə İlgiltərənin Turrok Texniki Məktəbində və Fransanın Sorbon Universitetində təhsil alıb.                     

 

 

Ülviyyə Heydərova

 

İngilis dilindən tərcümə:

Nigar Gərayzadə 

 

 

 

 

 

 

 

 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved