• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Müsahibələr


Təranə Nəzərova: Müasir Azərbaycan bir çox layihələr üzrə Finlandiya üçün əhəmiyyətli tərəfdaşdır
2013-11-20 | 16:03 |

Təranə Nəzərova: Müasir Azərbaycan bir çox layihələr üzrə Finlandiya üçün əhəmiyyətli tərəfdaşdır

Helsinki, 18 noyabr (AzərTAc). "Ailə vəziyyətimə görə 1992-ci ildə Finlandiyaya köçdüm, bu ölkədə iki oğul dünyaya gətirdim və boya-başa çatdırdım”. Finlandiyada fəaliyyət göstərən “Dostluq” Azərbaycan Cəmiyyətinin rəhbəri, azərbaycanlı uşaqlar üçün bazar günü məktəbinin əsasını qoyanlardan biri Təranə Nəzərova AzərTAc-ın müxbiri ilə söhbətinə belə başlamışdır.


Təranə Nəzərova ictimai işdən başqa qolfla məşğul olur, səyahət etməyi sevir. Onun həyatının mühüm hissəsini xeyriyyəçilik təşkil edir.
T.Nəzərova söhbətinə davam edərək demişdir: Helsinkiyə köçdükdən sonra Finlandiya-Azərbaycan birgə layihələri üzərində çalışmış, həmvətənlərimizin şimal ölkəsinə uyğunlaşmalarına kömək etmişdir. Məsələn, şəxsi təşəbbüsü ilə və şəxsi vəsaiti hesabına Azərbaycanın həyatındakı hadisələrə həsr olunmuş müxtəlif tədbirlər təşkil etmiş, ölkəmizi Finlandiyada geniş təbliğ etmişdir. O demişdir: “Bir neçə il belə işlədikdən sonra ictimai təşkilat açmaq qərarına gəldim. Düşündüm ki, həmvətənlərimiz bu təşkilatın bazasında müxtəlif tədbirlər təşkil edə bilərlər”.
Nəhayət, 2004-cü ildə Helsinki şəhərində “Dostluq” Azərbaycan Cəmiyyətinin açılışı oldu. Qarşısına milli ənənələri möhkəmləndirmək, ana dilini qoruyub saxlamaq və gözəl ölkəmizi və xalqımızı Finlandiyada təbliğ etmək vəzifələri qoyan cəmiyyət bu ölkədə yaşayan azərbaycanlıları birləşdirən foruma çevrildi. Cəmiyyət yarandıqdan sonra Finlandiyadakı Azərbaycan diasporu xeyli genişləndi. 2014-cü il onun üçün yubiley ilidir, çünki yarandığı gündən 10 il ötür.
T.Nəzərova demişdir: “Finlandiyada Azərbaycan diasporunun nüfuz qazanan nümayəndələrini qeyd etməyə bilmərəm. Konservatoriyanın müəllimi Kamal Aşurbəyov Finlandiyanın musiqi dairələrində yaxşı tanınır. Skripka müəllimi Cahangir Ələkbərov mədəniyyətə töhfəsinə görə 2003-cü ildə medala layiq görülmüş, Kokkola şəhərinin Fəxri vətəndaşı seçilmişdir. Daha bir həmyerlimiz – tanınmış rəssam Çingiz Abbasov Xamelna şəhərində işləyir. Tahir Cəfərovun adı Finlandiyanın ədəbi dairələrində yaxşı tanınır, Günay Ələkbərova istedadlı müğənnidir”.
Təranə Nəzərova bildirmişdir ki, “Dostluq” Cəmiyyəti nəzdində gənclər təşkilatı fəaliyyət göstərir. Esmira Rzayeva və Afşin Nemonexax burada fəal çalışırlar.
“Dostluq” Cəmiyyəti hər il çoxlu sayda müxtəlif tədbirlər təşkil edir, bütün milli bayramları və ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan günləri qeyd edirlər. Təşkilatın fəaliyyəti Diasporla İş üzrə Dövlət Komitəsi  tərəfindən əlaqələndirilir. Azərbaycan diasporu Finlandiyanın mədəni həyatına tam inteqrasiya olunmuşdur.
Təranə Nəzərova vurğulamışdır ki, müasir Azərbaycan bir çox layihələr üzrə Finlandiya üçün əhəmiyyətli tərəfdaşdır. Finlandiyanın iri iş adamları və siyasi xadimləri Azərbaycana böyük maraq göstərirlər. Cəmiyyətin başçısı kimi mən Azərbaycan səfirliyi, Finlandiya Xarici İşlər Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyi ilə fəal əməkdaşlıq edirəm. Biz müntəzəm şəkildə siyasi seminarlar keçiririk.
Finlandiyanın iqlimi nə qədər sərt olsa da, finlər azərbaycanlılara münasibətdə bir o qədər xeyirxah və mehribandırlar. Həmvətənimiz demişdir: “Vətəndən uzaqda yaşayan hər birimizin ürəyinin bir parçası Azərbaycandadır”. Tarixi Vətənlərini hədsiz sevən azərbaycanlılar yaşadıqları, Suomi adlandırılan bu ölkəyə məhəbbət və hörmətlə bağlanmışlar.

Nigar Cəfərli
AzərTAc–ın xüsusi müxbiri
Helsinki





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved