• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


Müsahibələr


"Azərbaycan diasporu hər zaman bir olub"
2014-01-28 | 16:42 |

 Nadir Hollenbrand: “Azərbaycan Prezidentinin apardığı siyasət İsveç hakimiyyəti tərəfindən hər zaman dəstəklənir”

İctimai fəaliyyətimizin özəlliyi ondadır ki, hər nə ediriksə sırf Vətən-Azərbaycan üçün edirik. Bu baxımdan xaricdə yaşayan soydaşlarımızın da Vətən naminə həyata keçirdiyi diaspor fəaliyyəti xüsusi qeyd edilməlidir. Elə İsveçdə yaşayan Nadir Xankişiyev Hollenbrand da "Azərbaycan naminə" cəmiyyətinin sədri olaraq bu amala xidmət edir. Qeyd edək ki, Nadir müəllim Biləsuvar rayonunda anadan olub. Ali təhsilini Rusiyanın Sankt-Peterburq şəhərində alıb. Artıq 14 ilə yaxındır İsveçin Stokholm şəhərində yaşayır. Ailəlidir. 
-Azərbaycanlılar İsveçin qanunverici orqanında yetərincə təmsil olunurlarmı?
-2002-ci ildə İsveçdə yaşayan bir sıra həmyerlilərimizlə toplaşıb "Azərbaycan naminə" cəmiyyətini yaratdıq. Adından da göründüyü kimi cəmiyyətimiz, yalnız Azərbaycan naminə fəaliyyət göstərməkdədir. Bütün əlamətdar günləri, istər bayram, istərsə də matəm günlərini lazımi səviyyədə qeyd edib, İsveçdə yaşayan soydaşlarımızı bir araya gətiririk. Ümumiyyətlə, qeyd etmək istərdim ki, burada yaşayan azərbaycanlılar həddindən artıq istiqanlı, Azərbaycanın sevincinə sevinən, kədərinə kədərlənən insanlardır. Hər zaman toplaşıb cəmiyyətimiz adından Azərbaycan naminə edə biləcəyimiz işlərin planlarını cızırıq. Bu vaxta qədər İsveçin qanunverici orqanı ilə əlaqəmiz və əməkdaşlığımız sırf məlumatlandırma zəminində qurulub. Belə ki, dünya tərəfindən qəbul olunmayan azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımları, cəbhə bölgələrində atəşkəsin pozulması, vaxtaşırı erməni daşnakları tərəfindən görülən hər hansı antiazərbaycan hadisələri faktlara əsaslanaraq İsveç və ingilis dillərində çap edib İsveçin qanunverici orqanlarına, Birləşmiş Millətlər Təşkilatına yayırıq. Beləliklə, xalqımızın acı həqiqətləri heç deyilsə, bəzi əlaqədar orqanlarda duyulmuş, eşidilmiş olur. Ümid edirik ki, vaxtı gəlincə Xocalı soyqırımı Riksdaqda-İsveç parlamentində yüksək səviyyədə müzakirə ediləcək və səs çoxluğu ilə qəbul ediləcək. O günlər uzaqda deyil. Sadəcə, qeyd etmək istərdim ki, qürbətdə yaşayan həmyerlilərimiz Azərbaycan sevgisini öz ailələrində övladlarına da aşılasınlar ki, gələcəkdə bizim başladığımız işləri heç olmasa, övladlarımız davam etdirsinlər. Bax, o zaman hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, həmin ölkənin qanunverici orqanlarına sıza bilərik. 
- İsveçdəki Azərbaycan diasporunun birliyi hansı səviyyədədir?
-Zənnimcə, Azərbaycan diasporu hər zaman bir olub. İsveçdə bir neçə Azərbaycan təşkilatı var. Və "Azərbaycan naminə" cəmiyyətinin Vətənimiz üçün çalışan bütün təşkilatlarla münasibəti qənaətbəxşdir. Hələ ki, bu təşkilatlar arasında ciddi bir parçalanma faktı qeydə alınmayıb. 
-Tədbirlərinizə yerli xalqın marağı necədir? 
-Keçirdiyimiz əksər tədbirlərə İsveçin millət vəkillərini və tarixçilərini dəvət edirik. 13.01.2014 tarixində İsveçin İsrail mədəniyyət dərnəyi ilə çox maraqlı görüşümüz oldu. Tədbirin əsas məqsədi yəhudi dostlarımızı 20 Yanvar faciəsi haqqında məlumatlandırmaq idi. Sizə də məlumdur ki, İsveç çoxmillətli ölkədir və xalqın nümayəndəsi dedikdə sırf isveçli nəzərdə tutulmamalıdır. 
-Digər diaspor qurumları ilə əməkdaşlıq edirsinizmi?
-İsveçdə fəaliyyət göstərən türk dərnəkləri ilə sıx əməkdaşlıq edirik. Hər zaman müraciət etdikdə əllərindən gələn köməyi əsirgəmirlər. Bir sözlə, gücümüzü daha da qüvvətləndirirlər.
Məmnuniyyətlə, qeyd etmək istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsindən də lazım olan və istənilən dəstəyi alırıq.
-Qərib diyardan Vətənimizin sosial-iqtisadi inkişafı, ümumiyyətlə, hər bir uğurumuz necə görünür?
-Azərbaycanın çiçəklənən iqtisadi və siyasi inkişafı göz önündədir. Azərbaycan Prezidentinin apardığı siyasət İsveç hakimiyyəti tərəfindən hər zaman dəstəklənir. İsveçin millət vəkilləri ilə görüşlərimizdə bundan bir daha əmin oluram. 
-Gələcək üçün hansı planlarınız var?
-Gələcəyə dair planlarımız çoxdur. "Azərbaycan naminə" cəmiyyətinin planlarından biri Xocalı soyqırımını İsveç Parlamentinə qəbul etdirməkdir.
-Sizcə, İsveçdəki diasporumuz isveçliləri maraqlandıracaq hansı tədbirlər keçirməlidirlər?
-İsveçliləri yalnız mədəniyyətlə əlaqədar tədbirlər maraqlandıra bilər. Azərbaycanlı rəssamların sərgiləri, faktlara əsaslanaraq Azərbaycan tarixini gözəl tanıda biləcək sərgilər- Azərbaycanın gözəl guşələrini əks etdirən fotoların sərgisi və ya konsert proqramları- klassik musiqi və ya muğam gecələri isveçlilərə Azərbaycanı daha yaxşı tanıda bilər. Başqa millətləri deyə bilmərəm, amma isveçlilər incəsənəti çox sevirlər. Məhz zəngin mədəniyyətimizi tərənnüm edən tədbirlərə çox yer ayırsaq inanın ki, isveçlilərin böyük marağına səbəb olmuş olarıq. 
-İsveç cəmiyyətinə inteqrasiya olunmağın hansı özəlliyi var?
-Dinini, dilini, mədəniyyətini unutmamaq şərti ilə yaşadığın ölkənin cəmiyyətinə inteqrasiya etmək vacibdir. Təsəvvür edin ki, hər gün isveçcə danışırsan, ətrafındakı insanlar isveçlilərdir... Azərbaycanı yalnız ürəyində qoruyub saxlayırsan, bir də xəyalında... Azərbaycanca danışdığın məkan isə yalnız evinin içidir... Vətəndaşı olduğun ölkənin ictimai və siyasi həyatında iştirak edirsən və bu ölkənin iqtisadiyyatından faydalanırsan və s. 
-İsveçdə sizə daha çox Azərbaycanı nə xatırladır?
-Gülməli də olsa, demək istərdim ki, İsveçdə ən çox işlədilən ədva darçındır. Darçının ətri, qoxusu mənə Novruz bayramını xatırladır. Sanki həyətdə tonqal qalanıb, insanlar bayram əhvali-ruhiyyəsindədirlər, şəkərburalar, paxlavalar xonçada, səməni yamyaşıl, belində qırmızı kəmər və s. Ümumiyyətlə, Azərbaycanımı mənə xatırlatmaq lazım deyil. O, hər zaman mənim ürəyimdə, dilimdədir. 
-Siz uzun müddətdir ki, İsveçdə yaşayırsınız. Azərbaycanla əlaqəniz varmı? Burada baş verənlər sizi maraqlandırırmı?
-Hərdən hər şeyi atıb Bakıya qaçmaq istəyirəm. Əlbəttə ki, Azərbaycan tərəfindən keçirilən bütün tədbirlərdə məmnuniyyətlə iştirak edirəm. Azərbaycan elə inkişaf edir ki, heç macal tapıb bütün prosesləri izləyə bilmirsən. Ölkə başçısının regionda apardığı müstəqil balanslı siyasət ölkə stabilliyini daim tarazlayır. Çox sevindiricidir ki, Azərbaycan bu gün digər öndə gedən ölkələrdən heç nə ilə seçilmir. Artıqdır ki, əksik deyil. Əminəm ki, qürbətdə yaşayan həmyerlilərimiz eynən mənim kimi Azərbaycanımızla fəxr edirlər. O ki, qaldı mənim gələcək planlarıma, əlbəttə ki, Vətənə geri dönüb ixtisasıma, savadıma arxalanaraq xalqıma fayda verməyi hər zaman istəyirəm. 
-Gənclərə təcrübəli diaspor nümayəndəsi olaraq nə kimi dəstək göstərirsiniz?
-Ola bilsin ki, mən və mənim kimi bəzi həmvətənlərimiz İsveçə ayaq açan ilk nəsilik. Amma mənim bütün ümidim burada doğulub böyüyən azərbaycanlı uşaqlardır. Onlar bizdən daha bacarıqlı olacaqlar. Buna əminəm.
Fuad Hüseynzadə

 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved