• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Müsahibələr


"Almaniyada Azərbaycanı layiqincə təmsil edirik"
2014-03-14 | 15:46 |

Azərbaycan həqiqətlərinin xaricdə təbliğ işi ildən-ilə güclənməkdədir. Xüsusən bu il Xocalı soyqırımı ilə bağlı dünyanın saysız ölkələrində keçirilən tədbirlər buna bariz nümunədir. Qeyd edək ki, bu il belə tədbirlərin keçirilməsində Almaniyadakı diasporumuz, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı gənclərimiz də fəallıq göstərdilər. Müsahibimiz Arzu Müseyibova da Almaniyadakı bu tədbirlərdə aktiv iştirak edib. O, həmçinin digər Avropa ölkələrində də təşkil olunan aksiyalara qatılıb. Nəzərə çatdıraq ki, 21 yaşlı A. Müseyibova 10 ildir ki, Almaniyada yaşayır. Hazırda ali təhsil alır, eyni zamanda 4 ildir ki, Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin (NRW) əsas təşkilatçısı kimi fəaliyyət göstərir.
- Gənclərimiz üçün xaricdə təhsilin hansı üstünlükləri var?
- Dünyaya bir pəncərə açmaq, təhsilini, biliyini artırmaq məqsədilə hər bir tələbənin xaricdə təhsil alması zəruridir. Xaricdə təhsil almağın bir sıra üstünlükləri var. Yəni biliklərə yiyələnmək, sənət sahibi olmaq və ya sənətini hərtərəfli bilmək baxımdan xaricdə alınan təhsil hər bir insanın gələcək karyerasında öz uğurlu təsirini göstərir. Bundan əlavə qeyd etmək istərdim ki, xaricdə təhsil almaq təkcə təhsil almaq yox, həm də yeni insanlar tanımaq, müxtəlif ölkələrdən gələn vətəndaşlarla dostluq imkanı yaratmaq, dil biliklərinin inkişaf etməsi baxımdan əhəmiyyətlidir. Həmçinin xaricdə təhsilini bitirənlər öz ölkələrinə geri dönərək xaricdə yiyələndiyi bilikləri öz Vətənində təhsil və ya elmin başqa sahələrində tətbiq etmək və eləcə də xaricdə aldığı biliklər əsasında tələbə və işçi rəqabəti baxımdan saysız-hesabsız şanslar qazanırlar. Sadaladığım cəhətlər baxımdan hər bir tələbənin hərtərəfli inkişaf etməsi və öz biliklərini genişləndirmək baxımdan xaricdə təhsili üstün tuturam.
- Azərbaycanı Almaniyada tanıtmağın hansı çətinlikləri var. Ümumiyyətlə, Almaniyada Azərbaycanı necə tanıyırlar?
- İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan Almaniyada neft və təbii sərvətləri baxımdan zəngin ölkə kimi tanınmaqdadır. Almaniyada aparılan sorğuya əsasən əvvəlki illərdən fərqli olaraq son illərdə Azərbaycan nəinki Almaniyada, eləcə də Avropanın bir çox ölkəsində tanınmaqdadır. Azərbaycanı 2012-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən “Avroviziya” musiqi müsabiqəsində tutduğu birinci yerə görə, xüsusilə tanınmaqdadır. Almaniyada yaşayan bir Azərbaycan vətəndaşı olaraq öz Vətənimi xaricdə, daha doğrusu Almaniyada layiqincə tanıtdırmağı özümə borc bilirəm. Azərbaycan Respublikasının gənc nəslinin bir övladı kimi Vətənimizin tarixini, mədəniyyətini, musiqisini, ədəbiyyatını və eləcə də qanlı yaddaşını Avropa ölkələrində, o cümlədən Almaniyada geniş şəkildə təbliğinə böyük diqqət ayırıram. Bu səbəbdən də, mən və mənim kimi Almaniyada yaşayan yüzlərlə Azərbaycan vətəndaşı əl-ələ verib Azərbaycanı layiqincə tanıtdırmağı özümüzə borc bilib, ölkəmizi layiqincə xaricdə təmsil edirik.
- Almaniya hökuməti bu gün Dağlıq Qarabağ məsələsində hansı mövqedən çıxış edir?
- Azərbaycan Respublikasının Dağlıq Qarabağ məsələsi ölkədən xaricdə də siyasi baxımdan müzakirə edilir. Qeyd etsək ki, Almaniya 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən olub, onda görərik ki, Almaniya bu gün Dağlıq Qarabağ münaqişəsinin həllinə heç də biganə qalmır və bu məsələnin Azərbaycan və Ermənistan arasında müharibə yolu ilə yox, məhz sülh yolu ilə həll edilməsinə və torpaqlarımızın alınmasına ümid edir və münaqişənin sülh yolu ilə həll olunmasını yaxından dəstəkləyir.
- Diaspor qurumları ilə əlaqələriniz hansı formadadır?
- Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyəti 4 ildən artıqdır ki, rəsmi olaraq fəaliyyət göstərir. Almaniyadakı bir sıra Azərbaycan cəmiyyətləri ilə sıx-sıx əməkdaşlıq edirik. Diaspor qurumları ilə əməkdaşlıq, iş birliyi və Azərbaycanımızı bütün Avropa Birliyi ölkələrinə tanıtmaqda birgə fəaliyyətimiz olur. Əsas məqsədimiz Almaniyanın ən sadə vətəndaşından tutmuş ziyalılarına qədər Azərbaycanımızın bütövlüyünü, torpaqlarımızın 20% -nin erməni separatçıları tərəfindən zəbt edilməsi və tariximizin qan yaddaşına yazılmış, əsrimizin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını tanıtmaqdır. Bu məqsədlə də Almaniya, Fransa, Belçikada bir neçə dəfə etiraz aksiyaları keçirmişik. Bu aksiyalarda 100-lərlə soydaşlarımız iştirak ediblər. Bu arada onu da qeyd edim ki, 22.02.2014 tarixində Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının anım günü ilə bağlı etiraz aksiyası keçirdik. Hər il olduğu kimi şüarımız “Xocalıya Ədalət, Qarabağa Azadlıq” idi.





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved