• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Müsahibələr


"Əsas məqsədimiz Avropada güclü Azərbaycan lobbisi yaratmaqdır"
2014-05-02 | 11:52 |

Elsevər Məmmədov: “Sarkisyanın “erməni soyqırımı” haqqında danışması və əsassız şəkildə Türkiyə dövlətini ittiham etməsinə qarşı İlham Əliyevin “Türkiyə nümayəndəsi yoxdur, amma mən buradayam” deməsi böyük bir hadisə idi. İnanın ki, o an hər kəs siyasi görüşündən asılı olmayaraq öz Prezidenti ilə fəxr etdi”

Xaricdəki diaspor təşkilatlarımız getdikcə nəinki öz fəaliyyətini gücləndirir, hətta sıralarına yeni təşkilatlar da qoşulur. Bu da onların işində daha güclü, təkmil şəkildə fəaliyyətə imkan verir. Müsahibimiz bu gün öz fəaliyyəti ilə seçilən diaspor təşkilatlarımızdan biri Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Elsevər Məmmədovdur: 
- Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyəti (AHHC) 2004-cü ildən fəaliyyət göstərir. 2005-ci ildən isə rəsmi qeydiyyatdan keçib. Təşkilatımızın əsas məqsədlərindən biri Azərbaycanın həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmaqdır. Biz inanırıq ki, bu istiqamətdə böyük uğurlar əldə etmişik, lakin bunlar haqqında danışmaq istəmirəm, çünki hələ görəcək işlərimiz çoxdur. 2006-cı ilə qədər AHHC, Hollandiyada fəaliyyət göstərən digər təşkilatlarla koordinasiya şəklində fəaliyyət göstərdi. Lakin 2006-cı ildə Benilüksda fəaliyyət göstərən əksər təşkilatlar daha da güclü fəaliyyət göstərmək üçün bir araya gələrək Benilüks Azərbaycanlıları Konqresinin (BAK) yaradılması haqqında məsləhətləşmələrə başladılar. 18.11.2006-cı ildə BAK-ın təsis konfransı keçirildi və həmin gündən etibarən BAK rəsmi fəaliyyətinə başladı.
- Artıq xaricdə diaspor təşkilatlarımızın yaranmasından xeyli müddət keçir. Ötən dövrdə diasporumuzun fəaliyyətini necə 
qiymətləndirirsiniz?

- Azərbaycan diasporunun yaşı gənc olmasına baxmayaraq çox böyük uğurlara imza atıb. Mən sadəcə BAK-ın son zamanlarda gördüyü bəzi tədbirləri nəzərinizə çatdırmaq istəyirəm. İlk dəfə Haaqa Parlamentində, Azərbaycandan gələn millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, Qarabağ qazilərinin və Azərbaycanın Milli Qəhrəmanlarının da iştirakı ilə Qarabağ mövzusunda konfrans keçirildi. Belə bir tədbir Avropada ilk dəfə keçirilirdi. Bu ilin fevral ayının 26-da Brüssel şəhərində, Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirildi, ondan sonra tədbir erməni səfirliyinin qarşısında davam etdi. Aksiyadan sonra "Xoca" filminin nümayişi oldu. Eyni gündə Hollandiyanın Rotterdam, Utrext, Den-Haag, Tilburg şəhərlərində gənclərimizin "Xocalıya ədalət!" kampaniyası keçirildi. Ən son tədbirimiz isə 13.04.2014-cu ildə Rotterdam şəhərində oldu. BAK-ın sıralarına daha 2 yeni təşkilat əlavə olundu. Bunlar-Brabant Əyaləti Azərbaycanlılarının Məclisi və Simali Hollandiya Azərbaycanlılarının İttifaqıdır.
- Qeyd etdiniz ki, bugünlərdə BAK-a yeni təşkilatlar daxil oldu. Sizcə, diaspor təşkilatlarımızın sayının artması, yoxsa onların birləşməsi daha əhəmiyyətlidir? 
- Azərbaycan təşkilatlarının çoxalmasının bizə heç bir ziyanı yoxdur, əksinə bizə çox faydası var. Əsas odur ki, bu təşkilatlarımız azərbaycançılıq, dövlətçilik, türkçülük ideyalarına xidmət etsin. Hazırda Benilüks ölkələrində çox sayda təşkilatlar var, bəzi təşkilatlar mədəniyyət axşamları keçirir, bəziləri humanitar işlərlə məşğul olur, bəziləri konsertlər təşkil edir. Biz hər zaman bu qurumlara dəstək olmağa çalışırıq. BAK-ın əsas məqsədi Avropada güclü Azərbaycan lobbisi yaratmaqdır. Hazırda Avropa Parlamentində akkreditə olunmuş lobbi təşkilatımız var. Bundan əlavə, bu il Hollandiyada "Avropa Demokratiyası və İnsan Haqları Fondu" fəaliyyətə başladı. Bu qurum artıq Hollandiyanın Xarici İşlər Nazirliyində qeydiyyatdan keçib və Hollandiya Məhkəməsində leqalizasiya olub. Çox qısa zamanda Azərbaycanda bu qurumun Bakı ofisi öz fəaliyyətinə başlayacaq. Bu Fondun əsas məqsədi, haqları pozulmuş bir milyondan artıq qaçqınlarımızın səsini Avropaya çatdırmaq, onların hüquqlarının bərpasına nail olmaqdır.
- Sizcə, bu gün diasporumuz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz sözünü deyə bilibmi?
-Bu gün Azərbaycanın güclü iqtisadiyyatı, güclü ordusu, güclü diplomatiyası ilə paralel olaraq, çox güclü bir diasporu mövcuddur. Koordinasiyalı iş görmək hər zaman öz nəticəsini verir. Bizdə hər zaman çalışmışıq ki, həm Diaspor Komitəsi, həm Hollandiyadakı diplomatik korpusumuzla, həm də ki, Belçikadakı səfirliyimizlə koordinasiyalı şəkildə çalışaq. Bu da bizə hər zaman uğur gətirir. Bu eyni zamanda həm dövlətimizin, həm də Prezidentimizin istəyidir.
- Bu gün xaricdə yaşayan ermənilər diasporumuzun gücünü hiss edirlərmi? 
-Bu gün artıq erməni diasporu bizim gücümüzü hiss edir, onlar çalışırlar ki, bizim gördüyümüz işləri təkrarlasınlar. Bu da bunların nə qədər aciz olduqlarını ortaya qoyur. Biz hazırda ancaq hücum taktikasından istifadə edirik, çünki bizim geriyə yolumuz yoxdur.
- Dövlətimizin diaspora göstərdiyi diqqət və qayğını necə qiymətləndirirsiniz? 
-Dövlətimizin, Azərbaycan diasporuna göstərdiyi qayğı və diqqəti müsbət dəyərləndiririk. Məhz bunun nəticəsində BAK-ın prezidenti Sahil Qasımov, cənab Prezident tərəfindən "Tərəqqi medalı" ilə təltif edilib. Ümumiyyətlə, son zamanlar dövlətimiz tərəfindən təşkil olunan tədbirlər, qurultaylar və ümumilikdə bu səpkidə olan işlər, Azərbaycan diasporunda bir stimul yaradır. Bu tədbirlərin hamısı Azərbaycan diasporunun həm birliyi üçün həm də ki, güclü olmasına xidmət edir. Avropa dövlətlərində keçirilən təbliğat aksiyalarında da dövlətimizin diaspor təşkilatlarına, lazımi materialların təminində böyük dəstəyi var. Lazım olduğu qədər kitablar, disklər, bayraqlar və s.materiallar təşkilatlara verilir.
Biz də çalışırıq ki,Vətənimizin, dövlətimizin maraqlarını layiqincə qoruyaq. Çalışırıq tək Azərbaycanın yox, eyni zamanda qardaş Türkiyə dövlətinin də maraqlarına uyğun hərəkət edək. Çalışırıq ki, hər zaman Türkiyə diasporu ilə koordinasiyalı şəkildə fəaliyyət göstərək. "Bir millət,iki dovlət"deyiminə sadiq olaq. Bir millətin iki diasporu ola bilməz. Biz çalışırıq bütün məsələlərdə eyni cəbhədən iştirak edək. Milləti bir olanın, strategiyası da bir olmalıdır. Biz bu sahədə də çox böyük uğurlar əldə etmişik. Demək olar ki, Benilüksün ən böyük Turk Federasiyası ilə bərabər çalışırıq. Bu da bizim təbliğatımızı iki dəfə artırır. Son illərdə bu birliyin nəticəsində ermənilərin bəzi təxribatlarının qarşısını almışıq. Belə ki, Hollandiyada fəaliyyət göstərən rus marketlərində satılan bəzi malların üzərindəki Qarabağ emblemləri öz əksini tapmışdı, orada Qarabağ başqa bir dövlət kimi göstərilmişdi. Məhz bizim konqresimiz, səfirliyimizin də dəstəyi ilə bunun qarşısının ala bildi. Vergilər Departamentindən və Gömrük İdarəsindən, bu malların hansı şəraitdə və hansı yollarla Hollandiyaya daxil olduğu haqda məlumat tələb edildi. Təbii ki, anında bütün mallar dükanlardan yığışdırıldı. Dəfələrlə ermənilər tərəfindən çəkilən filmlərin təqdimatına imkan verilməyib. Ermənilərin keçirdikləri sözdə "erməni soyqırımı" kofransında, onların yalanları ifşa edilib. Bir dəfə Amsterdamda ermənilərin təşkil etdiyi bir konfransa biz də qatılmışdıq. Təsəvvür edin ki, ermənilərin təşkil etdiyi konfransda, böyük bir salonun birinci sırasında oturanların hamısı azərbaycanlılar idi, bunu biz əvvəldən planlaşdırmışdıq. Tədbirdə iştirak edən, erməni meyilli avropalı qonaqlar nəyə uğradıqlarını bilmirdilər. Ermənilərin və onlara dəstək olmaq istəyənlərin hər bir yalanına qarşı, bizim nümayəndələr, bir həqiqətlə, bir tarixi faktla cavab verirdilər.Vəziyyət o yerə çatdı ki, pərişan və rəzil olmuş ermənilər, ən sonda bizim gənclərimiz avropalı qonaqlara, ermənilərin özlərinin Qarabağa gəldiklərinin 150 illiklərini qeyd etmələrinin şəkilini göstərəndə, fiziki təqibə məruz qaldılar. Təbii ki, biz bunların qarşısının aldıq və iştirak edən qonaqlara bunların iç üzlərinin ortaya çıxmasına nail olduq. Konfransdan sonra bəzi avropalı iştirakçıların, bu tədbirdə iştirak etmələridə peşman olduqlarını həm bizə, həm də ki, ermənilərin özlərinə bildirdilər. Ümumiyyətlə, belə hadisələr çox olur və biz də çalışırıq ki, öz borcumuzu layiqincə yerinə yetirək. İndi artıq Benilüksdə hər kəs Azərbaycanı tanıyır, həm də bir güclü dövlət kimi tanıyır. 10-15 il keçmişə baxdığımızda indi biz çox güclüyük. Artıq bizim burada iş adamlarımız, həkimlərimiz, hüquqşünaslarımız var. Belə insanların burada olması, bizim uğurumuz deməkdir. Azərbaycan dövlətinin Turkiyə dövlətinə yaxın olması, iki ölkənin diasporuna da yansıyır. Birliyimiz daha da güclənir. Bir neçə gün bundan əvvəl Praqadakı tədbirdə, Türkiyə nümayəndələrinin olmamasından istifadə edərək, ermənilərin prezidenti Sarkisyanın, sözdə "erməni soyqırımı" haqqında danışması və əsassız şəkildə Turkiyə dövlətini ittiham etməsinə qarşı Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə nümayəndəsi yoxdur, amma mən buradayam” deməsi böyük bir hadisə idi. İnanın ki, o an hər kəs siyasi görüşündən asılı olmayaraq öz Prezidenti ilə fəxr etdi. Bu hər kəsə bir mesaj idi. Bu hadisədən bir neçə gün sonra Aprelin 27-də Haaqada, parlamentin qarşısında türk diasporu tərəfindən təşkil olunmuş etiraz aksiyasına Azərbaycan diasporu da tam gücü ilə dəstək verdi. Məqsəd Hollandiyada açılan sözdə "erməni soyqırımı" anıtının qoyulmasına öz etirazımızı bildirmək idi. Azərbaycan və Türkiyə diasporunun bərabər fəaliyyəti burada da özünü göstərdi. Nəzərinizə çatdırım ki, BAK-ın hər iki ildən bir qurultayı keçirilir. Bu ildə, ilin ikinci yarısında növbəti qurultayımızı keçirməyi planlaşdırırıq. Ümid edirik ki, qurultayımız hər zaman olduğu kimi, bu dəfə də yüksək səviyyədə keçəcək. İnanırıq ki, konqresimizin sıralarındakı təşkilatların sayı daha da çoxalar. Biz hər zaman çalışmışıq ki, konqresimizdə, ziyalı insanların, elm adamlarının, incəsənət adamlarının sayı çox olsun. Belə insanlar bizim gənclərimiz üçün bir nümunədir. Avropada böyüyən gənclərimizin, dünya görüşü fərqlidir. Onların tərbiyəsində və böyüməsində bizim üzərimizə də çox işlər düşür. Burada anadan olan uşaqlar, öz dillərini unutmasın deyə, bizim “bazar günü” məktəblərimiz fəaliyyət göstərir. Həmin məktəblərdə, uşaqlarımıza, əlifbadan başlayaraq sonuncu siniflərə kimi dərs verilir. Bu da azərbaycanlılarımızın assimilyasiya olmasının qarşısını alır. Biz hər zaman inteqrasiyanın tərəfindəyik. Lakin assimilyasiyaya hər zaman qarşı çıxmışıq.
Bizim istəyirik ki, Avropada güclü Azərbaycan lobbisi formalaşsın. Bizim bütün fəaliyyətimiz bu istiqamətədir. Biz inanırıq ki, düzgün yoldayıq. Çünki bu yol, ulu öndərimiz Heydər Əliyevin yoludur.
Nigar Abdullayeva





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved