• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


Müsahibələr


Məmməd Əliyev: Dünyada Qarabağ probleminin həlli məsələsində mövqeyi ölkə Prezidentinin mövqeyi ilə eyni olan 50 milyon azərbaycanlı Azərbaycanda qəbul edilən istənilən qərarı dəstəkləməyə hazırdır
2014-08-18 | 10:14 |

Məmməd Əliyev: Dünyada Qarabağ probleminin həlli məsələsində mövqeyi ölkə Prezidentinin mövqeyi ilə eyni olan 50 milyon azərbaycanlı Azərbaycanda qəbul edilən istənilən qərarı dəstəkləməyə hazırdır

 Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti, tanınmış alim, RF Dövlət Mükafatı Laureatı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Məmməd Əliyev AzərTAc-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.


-Ümumrusiya Azərbaycanlılar Konqresi Rusiyanın ən güclü ictimai təşkilatlarından biridir. Bu birliyi güclü edən onun regional bölmələridir. Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ÜAK-ın regional bölmələrinin rolu nədən ibarətdir? Diasporun həyatında hansı yeniliklər baş verir?
-ÜAK-ın axırıncı qurultayı müəyyən xüsusiyyətlərlə əlamətdar oldu. Bununla əlaqədar, ÜAK aparatında işgüzar şərait yaratmaq üçün xeyli səy göstərmək lazım gəldi. İcra aparatı yeni dördmərtəbəli ofisə köçüb. Burada rahat şərait yaradılıb. RF regionları ilə gündəlik səmərəli iş aparılır. Məhz bunun nəticəsində Bakıda RF-nin müxtəlif regionlarının, o cümlədən, Tatarıstan Respublikasının rəhbərləri, Volqoqrad, Həştərxan, Ulyanovsk və Sverdlovsk vilayətlərinin qubernatorları ilə görüşlər keçirilib. Bütün nümayəndə heyətlərinin tərkibinə ÜAK-ın regional bölmələrinin rəhbərləri daxil idi. Tibbi dildə desək, Rusiya Federasiyasında Azərbaycan diasporunun durumunu müsbət dinamikalı sabit vəziyyət kimi dəyərləndirmək olar.
Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə yönəlmiş böyük həcmdə cari iş aparılır. Əslində bu, təşkilatın əsas vəzifəsidir. Azərbaycan dövlətinin başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan Rusiyanın etibarlı tərəfdaşı olub və olacaq, bu ölkədə yaşayan azərbaycanlılar isə Rusiya dövlətinin etibarlı dayağı olmalıdırlar.
Bizim təşkilatın Rusiyada ən iri və nüfuzlu təşkilatlardan biri olması məsələsinə gəldikdə, əlavə etmək istərdim ki, ÜAK üzvlərinin sayına görə iri təşkilat olmaqla bərabər həm də bu gün güclü ictimai təşkilata xas olan bütün atributlara malikdir – 15 ildən artıq ictimai iş təcrübəsi olan peşəkar icra aparatı; mahiyyət etibarilə bütün Azərbaycan icmasının işçi orqanı olan həftəlik qəzet buraxılır (hesab edirəm ki, diaspor qəzetləri arasında ən yaxşı mətbu orqanlardan biri, bəlkə də birincisi); gözəl tərtibatlı, yaxşı dizaynlı və müraciətlərin sayı yüksək olan saytımız fəaliyyətə başlayıb; uşaqlara Azərbaycan dilini, Azərbaycan ənənələrini, Vətənimizə xas olan dəyərləri, onun mədəniyyətini və tarixini öyrətmək üçün Bazar Günü məktəbi açılıb.
Həmvətənlərimizin hüquqi müdafiəsi mərkəzinin fəaliyyətə başlaması bizi çox sevindirir, burada həm ştat üzrə işləyən, həm də dəvət edilmiş vəkillər vətəndaşları qəbul edirlər. Əlbəttə ki, ÜAK Azərbaycan vətəndaşlarının hər il Rusiya ali məktəblərinə qəbul olunmasında iştirak edir. Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin Bakıda görüş zamanı bu faktı xüsusi qeyd edib, əməkdaşlığımızın humanitar sahəsində təhsil proqramlarının əhəmiyyətini vurğulayıb. Bütün bunlardan əlavə hər gün xeyli zəhmət tələb edən ictimai işlər görülür (məsləhətlər, müxtəlif tədbirlərdə iştirak, “dəyirmi masalar” təşkil edilməsi və s.).
-Məmməd müəllim, siz Ümumrusiya Azərbaycanlılar Konqresini yaradanlardan biri omusunuz, ilk gündən bu təşkilatın prezidentisiniz. Bu gün ÜAK-ın rəhbərliyinə, ilk növbədə onun regional bölmələrinə təzə, cavan adamlar gəlir. Bu adamlar bizim diasporun hansı ənənələrini qoruyub saxlamalı, kimləri özləri üçün örnək hesab etməlidirlər, onlar öz işlərində nə kimi yeniliklər etməlidirlər?
-Bu sualınız mənə bizim gözəl sovet keçmişimizi xatırlatdı. Fikrimcə, bu halda ən yaxşı nümunə valideyn və ya tərbiyəçidir. O, öz övladına, yetirmələrinə yaxşı tərbiyə və təhsil verməlidir, genetik köklərimiz isə ümumidir. Odur ki, gənc nəsil haraya istiqamətlənməli və necə inkişaf etməli olduğunu bilir. Hazırda bizim təşkilatda nəsillərin təkamül yolu ilə (bu sözü xüsusi vurğulayıram) dəyişməsi prosesi gedir.
ÜAK-ın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu təşkilatın yaradılmasında Rusiyadakı Azərbaycan diasporunun ən yaxşı nümayəndələri iştirak ediblər, gənc nəsil özü ona lazım olan prioritetləri özü seçəcək və fikrimcə, əvvəldən seçilmiş əsas fəaliyyət xəttini dəyişməyəcək: Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi, Rusiya cəmiyyətində layiqli yer tutmaq və öz tarixi Vətəninin ənənələrini unutmamaq.
-Rusiyada yaşayan azərbaycanlılar Rusiya Federasiyasının vətəndaşları olsalar da, heç vaxt öz tarixi Vətənlərini unutmur, Azərbaycan Respublikasının uğurları ilə fəxr edirlər. Sizcə Rusiyada yaşayan azərbaycanlıların Azərbaycan dövlətinin köməyinə, onların problemlərinin həllində Azərbaycanın iştirak etməsinə tələbatı nədən ibarətdir?
-Azərbaycanda Diasporla İş üzrə Dövlət Komitəsi var. Bu Komitə ÜAK ilə sıx əməkdaşlıq edir. Ölkəmizin ali rəhbərliyi tərəfindən Rusiyadakı Azərbaycan diasporuna həyatına göstərilən diqqəti daim hiss edirik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan diasporu bilməlidir ki, onun arxasında güclü, möhkəmlənən, inkişaf edən, bu gün dünya arenasında yüksək nüfuza malik olan Azərbaycan dövləti dayanır. Diasporun fəaliyyəti Azərbaycanın dövlət maraqlarının müdafiəsi baxımından da çox vacibdir. Bu birlik bizim gücümüzü daha da artırır.
-Ötən illər ərzində Rusiyanın və Azərbaycanın həyatında, Rusiya-Azərbaycan münasibətlərində çox hadisələr olub. Təkcə son vaxtlarda Rusiyanın Narışkin, Roqozin, Lavrov kimi tanınmış siyasi xadimləri Azərbaycana səfər ediblər. Bir tərəfdən, dövlətlər arasında əməkdaşlıq möhkəmlənir, digər tərəfdən - zaman özü Rusiyada yaşayan azərbaycanlıların qarşısında yeni vəzifələr qoyur...
-Mən bu siyahıya Rusiya Prezidenti V.V.Putinin Azərbaycana son səfərini və Qəbələdə keçirilmiş Azərbaycan-Rusiya iqtisadi forumunu da əlavə edərdim. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dediyi kimi, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır və dünyada mürəkkəb siyasi şərait çərçivəsində bu fakt getdikcə daha aşkar görünür. İqtisadi cəhətdən qüdrətli, siyasi cəhətdən sabit Azərbaycan Rusiyanın etibarlı tərəfdaşıdır.
-İyirmi beş ilə yaxın davam edən Qarabağ münaqişəsi, qaçqınlar problemi, dünyanın aparıcı dövlətləri tərəfindən bu münaqişənin ədalətli həllinə fəal kömək göstərmək arzusunun olmaması hər bir azərbaycanlını narahat etməyə bilməz. Bu ağrılı problemlərin həllində Azərbaycan diasporunun iştirakı nədən ibarət olmalıdır?
-Bu günlərdə Soçidə prezidentlərin görüşü bir daha sübut etdi ki, Azərbaycan Prezidenti bu məsələni beynəlxalq hüquq çərçivəsində həll etmək üçün istənilən təşkilatla, istənilən tərkibdə danışıqlar masası arxasında əyləşməyə razıdır. Bu halda diasporun faydası nədən ibarət ola bilər? Bunun da cavabı aşkardır – dünyada Qarabağ probleminin həlli məsələsində mövqeyi ölkə Prezidentinin mövqeyi ilə eyni olan 50 milyon azərbaycanlı Azərbaycanda qəbul edilən istənilən qərarı dəstəkləməyə, bu işdə fəal iştirak etməyə hazırdır və artıq iştirak edir. İndiki tarixi məqamda bu, yeganə düzgün qərardır.

Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved