• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


Müsahibələr


Ağahüseyn Babayev: "Tolerantlıq nümunəsi olan Azərbaycanımızı tanıtmaq cəmiyyətimizin əsas vəzifələrindəndir"
2014-09-15 | 12:44 |

Ağahüseyn Babayev:

 Sürətli inkişaf yolu keçən Azərbaycan diasporunun bu gün fəaliyyət göstərdiyi ölkələrdən biri də Almaniyadır. İqtisadi potensialına, zəngin mədəniyyətinə, yüksək həyat tərzinə və digər xüsusiyyətlərinə görə Avropanın mərkəzi hesab olunan Almaniya ilə Azərbaycanın mədəni-iqtisadi, ticari əlaqələrinin tarixi çox qədimdir. 1815-ci ildən başlayaraq, Azərbaycanda Ellendorf və Dineşfeld koloniyalarında almanlar məskunlaşmağa başlayıblar. Forer qardaşlarına məxsus şirkət şərab istehsalına, Siemens qardaşlarına məxsus şirkət isə mis və qiymətli filizlər axtarışına kapital qoyurdular. Almanların Azərbaycan iqtisadiyyatı ilə yanaşı, ədəbiyyatı, mədəniyyəti, incəsənətinə marağı olduqca böyük idi. Bunun nəticəsində Azərbaycana məxsus qədim əlyazmalar, sənət əsərləri, zərgərlik məmulatları, xalçalar, saxsı və mis qab-qacaq, qədim məişət və ov alətləri Almaniyaya aparılmış və bu gunə qədər də geri qaytarılmayıb. 1844-cu ildə Mirzə Şəfi Vazehin əsərlərinin Almaniyada böyük maraqla qarşılanmasında Fridrix Bodenştedtin xidmətləri böyükdür. Azərbaycana səfər edən Bodenştedt 1851-ci ildə "Mirzə Şəfinin nəğmələri" adlanan kitabı nəşr etdirib.  1881-ci il noyabrın 5-də isə Almaniyada Fridrix Vilhelm teatrında "Mirzə Şəfinin nəğmələri" adlanan operetta səhnəyə qoyulur. Emil Pol Korx və Luiz Rotun birgə işi olan operetta burada böyük maraq doğurur   Mirzə Şəfi poeziyası ilə paralel olaraq, Azərbaycan şifahi və yazılı ədəbiyyatı da Almaniyada təbliğ olunurdu. 1813-cu ildə Hote 12 fəsildən ibarət "Qərb-Şərq" divanında dahi şairimiz Nizami Gəncəviyə "Oxu kitab" adlanan şeir həsr etmişdi.  Bundan əlavə, Reman Dits 1813-cü ildə “Kitabi-Dədə Qorqud” da atalar sözləri və məsəllər” mövzusunda kitab çap etmişdi. 1815-ci ildə isə "Basatın Təpəgözü öldürməsi boyu" alman dilində oxuculara təqdim olunmuşdu. Bu əlaqələr XX əsrin əvvəllərində də intensiv şəkildə davam edir. Almaniyanın Avropada qüdrətli dövlət olması azərbaycanlıların bu ölkəyə mühacirətinə əsas yaradırdı. 1913-cu il dən etibarən alman kitabxanalarında Azərbaycandan bəhs edən muxtəlif səpkili kitablar mövcud idi ki, onların bəzilərini bura köçən ziyalı azərbaycanlılar aparmışdı. Demokratik Respublika qurulandan sonra Azərbaycandan Almaniyaya Frayberq, Dağ-Mədən Akademiyası, Münhen, Dertştad, Leypsiq, Rena, Hamburq universitetlərində təhsil almağa 50 nəfər tələbə göndərilmiş və onların çox hissəsi burada daimi qalaraq geri dönməmişlər. ADR-in süqutundan sonra azərbaycanlıların çoxsaylı köçdükləri ölkələr içərisində Almaniya üstünlük təşkil edirdi. Burada məskunlaşan soydaşlarımız Azərbaycan istiqlalının bərpa olunması istiqamətində fəal iş apırırdılar. Almaniyada Azərbaycan diasporunun formalaşması və burada yaşayan azərbaycanlıların fəaliyyəti II dunya müharibəsi illərində də davam etmişdir. Azərbaycan legionerlərinin müəyyən hissəsini artıq Almaniyada çoxdan məskunlaşan soydaşlarımız təşkil edirdi. Müharibədən sonra Almaniyada iqtisadi islahatların aparılması, ölkənin dirçəlməsi yolunda görülən işlər diasporların siyasi fəaliyyətini bir qədər passivləşdirdi. 1980-ci illərin əvvəllərindən yenidən Azərbaycan diasporu burada öz fəaliyyətini genişləndirməyə başladı. Almaniyanın müxtəlif şəhərlərində Azərbaycan mədəni təşkilatları təsis olundu. 1989-cu ildə Almaniyanın birləşməsi, Sovetlər Birliyinin çökməsi və Azərbaycanın müstəqillik əldə etməsi Almaniya-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması ilə nəticələndi. Buradakı azərbaycanlıların fəaliyyətinə təsirini göstərdi. Təhsil proqramı əsasında azərbaycanlı tələbələrin Almaniyaya oxumağa göndərilməsi, azərbaycanlı həkim, mühəndis, inşaatçı, texnoloqlar və digər peşə sahiblərinin bu ölkəyə miqrasiyası müstəqillik illərinin əsas hadisələrindən idi. Azərbaycanlıların hazırda da kütləvi köçdükləri ölkələr içərisində Almaniya üstünlük təşkil edir. Almaniya diasporumuzun Şimal, Cənub və Türkiyə qanadları arasında ümumi fikir ayrılığına baxmayaraq, bu üç qanad arasında birləşməyə doğru addım müstəqillik illərindən sonra daha da canlandı. Ermənistan tərəfindən müharibəyə sövq edilən Azərbaycan torpaqlarının 20 faizinin işğalı, 20 Yanvar və Xocalı soyqırımıları və xalqımızın başına gətirilən digər faciələr Almaniyadakı azərbaycanlılar tərəfindən biganə qarşılanmırdı. Onlar Vətənə, qaçqınlara yardım məqsədilə bir sıra tədbirlər həyata keçirir. Azərbaycan mədəniyyətinin Almaniyada Azərbaycan diasporu tərəfindən təbliğ olunması işi də sürətləndi. Türk, ərəb, latın və kiril əlifbaları ilə Azərbaycanın tarixi ədəbiyyatına, folkloruna, mədəniyyətinə aid kitabın çapı daha da artmaqla, qəzet və jurnalların sayı nəzərə çarpacaq dərəcədə çoxaldı. Almaniyada soydaşlarımız Azərbaycanla bağlı çoxsaylı kitablar nəşr edirlər. Bu gün Almaniyada onlarla Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir ki, onlardan da biri Alm.Az Drezden Cəmiyyətidir. Cəmiyyətin sədri Ağahüseyn Babayev „OLAYLAR“-a verdiyi müsahibədə bu ölkədəki Azərbaycan diasporunun vəziyyəti, rəhbərlik etdiyi cəmiyyətin fəaliyyət istiqamətlərindən danışıb.

-Ağahüseyn müəllim, Alm.Az Drezden Cəmiyyəti nə vaxtdan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

-Alm.Az  Drezden  Cəmiyyəti  2006 –çı  ildən Almaniyanın  Saksonya  vilayətinin  Drezden  şəhərində   fəaliyyət göstərir. Cəmiyyətin əsas  fəaliyyət  istiqamətlərindən  biri  Azərbaycan  dili, tarixi, mədəniyyəti, musiqisi, mətbəxini   gənc  azərbaycanlı  övladlarımıza öyrətmək və adət-ənənlərimizi unutdurmamaq,  Azərbaycanın  siyasi - ictimai  kerçəkliklərini dolgun, dürüst şəkildə keçirdiyimiz  tədbirlərlə, yerli mətbuat  orqanları vasitəsilə  alman  ictimaiyyətinə  çatdırmaqdır.   Ümumiyyətlə, müstəqil,  demokratik,  tolerantlıq nümunəsi olan Azərbaycanımızı  tanıtmaq  cəmiyyətimizin əsas vəzifələrindəndir.

-Cəmiyyətinizin yaxın vaxtlarda həyata keçirəcəyi tədbirlər, layihələr nədən ibarətdir?

-Hər il oldugu kimi rəhbərlik etdiyim cəmiyyət Drezden şəhərində hər il  keçirilən,  sentyabrın 21–dən oktyabrın 5–ə qədər davam edən  ənənəvi  “Multikültrel”  festivalında  iştirak  edəcək. Festivalda cəmiyyətimiz tərəfindən Azərbaycanın musiqisi, mətbəx mədəniyyəti, adət-ənənələri yerli  ictimaiyyətə,  digər  xalqların  nümayəndələrinə  təqdim  ediləcək. Bundan başqa 18 oktyabr- Azərbaycanın Müstəqillik Günü, 9 noyabr-Dövlət Bayraq Günü, 17 noyabr-Milli Dirçəliş Günü, Ulu  Öndərimizdən  bizlərə miras qalmış  31 dekabr-  Dünya Azərbaycanlılarının Həmrəylik  Gününü qeyd etmək  arzusundayıq.  Bütün bunlarla yanaşı xalqımızın   qan  yaddaşı olan  20 Yanvar,  Xocalı  Soyqrımı,  31 Mart-Azərbaycanlıların   Soyqrımı   Günü hər il  olduğu kimi bu il də yerli  ictimaiyyətin və digər xalqların  nümayəndələrinin iştirakı  ilə birgə qeyd olunacaq.

-Hazırda Azərbaycanla Almaniya arasındakı əlaqələri necə dəyərləndirərdiniz?

-Azərbaycan Respublikası rəhbərliyi  tərəfindən  aparılan müstəqil, qərəzsiz, düzgün  və  etibarlı  tərəfdaş xarici  siyasətinin  nəticəsində  Almaniya –Azərbayçan  əlaqələri  qarşılıqlı  hörmət və ehtiram  səviyyəsindədir.  Əlbəttə hərdən müəyyən dairələrdə  maraqlar toqquşanda və yaxud  lobbiçiliklə bağlı  hər hansi  bir sifarişin həyata keçirilməsi ilə əlaqədar  bəzi Almaniya mətbuat  və media orqanlarında  böhtan və həqiqətləri  əks etdirməyən   bəyanatlara  rast  gəlmək  olur. Bu çür yazılara və bəyanatlara  bizim cəmiyyət tərəfindən  dərhal kəskin reaksiya  verilir,  öz etirazımızı  yazılı şəkildə onlara bildiririk.

-Bəs Almaniyadakı Azərbaycan diasporunun durumunu necə qiymətləndirərdiniz?

Bu  gün Almaniyada fəaliyyət göstərən diaspor təşkilatlarının  əlaqələndirilməsində  və əməkdaşlığında  Berlin şəhərində Diasporla İş üzrə Dövlət Komitəsi  tərəfindən yaradılmış və fəaliyyət göstərən  Koordinasiya Mərkəzinin rolunu xüsusi  qeyd etmək istərdim.  Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsi  və Koordinasiya Mərkəzinin yüksək  peşəkar islərinin nəticəsində  Azərbaycan diaspor təşkilatları, cəmiyyətləri ilə əməkdaşlığımız  yüksək  səviyyədədir. Dogrudur, Almaniyada Azərbaycan diasporu kiçik zaman ərzində çox  önəmli  işlər görülüb,  nailliyyətlər   əldə olunub. Ancaq  bundan da çox  işlər  görülməli,  addımlar  atılmalıdır. İnanıram ki, bunun üçün bizim  bacarığımız və fikri istedadımız  kifayət qədərdir.

-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının alman ictimaiyyətinə çatdırlması istiqamətində cəmiyyətiniz hansı tədbirlər keçirir?

-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının alman ictimaiyyətinə çatdırılması istiqamətində cəmiyyətimiz digər xalqlarin  nümayəndələrinin  iştiraki  ilə müxtəlif formatda  tədbirlər keçirir. Son 2 ildə rəhbərlik  etdiyim cəmiyyətin təşşəbüsü ilə kreativ bir layihə həyata keçirmişik. Belə ki  şəhər və şəhər ətrafi  sərnişin nəqliyyatlarında quraşdırılan  monitorlarda  Xocali soyqrımə haqqında  video klip  sərnişinlərə nümayiş olunub. Bundan əlavə  eyni  formatda 2015-ci ildə respublikamızda   keçiriləcək 1-ci Avropa Oyunlarının başlamasına start kompaniyasına  biz də qoşulmuşuq. Bu layihələrlə bağlı  Az.Tv  tərəfindən  geniş reportaj hazırlanıb.

- Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyadakı Azərbaycan səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir? 

-Diasporla İş üzrə Döövlət Komitəsi və Almaniyadakı Azərbaycan səfirliyi ilə əlaqələrimiz  çox yüksək  səviyyədədir. Hər iki qurum keçirdiyimiz tədbirlər zamanı bizi  əyani vəsaitlərlə  təmin edir .Fürsətdən istifadə  edib  bizə öz vətəndaşlıq  borçumuzu  yerinə yetirməkdə  yardımçı  olduqlarına görə  onlara öz dərin  minnətdarlığımızı  bildirmək istərdim.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved