• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


Müsahibələr


Natiq Bağırov: "İdmançılarımız Bakıda yüksək nəticə göstərmək üçün çox ciddi hazırlaşırlar"
2015-06-10 | 12:26 |

Natiq Bağırov:

Natiq Bağırov 2006-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Belarus Azərbaycan İcmaları Konqresinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti olan Natiq Bağırov eyni zamanda Belarus Respublikasının dzü-do üzrə Milli komandasının baş məşqcisidir. Onun yetirmələrinin qalibiyyət sədaları Avropa, Dünya çempionatlarından, hətta Yay Olimpiya Oyunlarından gəlir. Əməkdar İdman ustasının Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı müsahibəsini təqdim edirik:     

 

-         Natiq müəllim, Belarus Birinci Avropa Oyunlarında iştirak edən ölkələr sırasındadır. Belarus Oyunlara necə hazırlaşır?

 

- Belarusda Birinci Avropa Oyunlarına çox ciddi hazırlıq gedir. Bu yaxınlarda Belarus Milli Olimpiya Komitəsində Azərbaycanın Belarusdakı Səfirliyi ilə birlikdə Birinci Avropa Oyunları ilə bağlı tədbir keçirilmişdi. Tədbirdə Oyunlarla bağlı çıxışlar oldu, tanıtım çarxları göstərildi. Həmin çarxlara baxıb, ürəyim olan Azərbaycanımı görəndə qürur hissi keçirirdim.

Ümumiyyətlə, ölkəmiz təkcə sözdə yox, faktla da sübut edir ki, Azərbaycan artıq nəinki Avropada, hətta dünya miqyasında öz yerini tutub. Əminəm ki, Azərbaycan Birinci Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edib. Bu Oyunların səs-sorağının illər sonra da gələcəyinə inanıram.   

 

-         Maraqlıdır, idmançı həmkarlarınızla Oyunlarla bağlı müzakirələr edirsinizmi? Onların bu yarışlarla bağlı fikirləri necədir?

 

- Bəli, həmkarlarımla söhbətlər edirik. Bu yaxınlarda Bakıdan qayıtmışıq. Belarusdan və dünyanın müxtəlif ölkələrindən olan həmkarlarım söyləyirlər ki, böyük quruculuq işləri Azərbaycanı gözəlləşdirib. Onlar müxtəlif illərdə Azərbaycanda səfərdə olublar və odur ki, aydan-aya, ildən-ilə olan dəyişiklər onları yaxşı mənada təəccübləndirib. Ümumiyyətlə, ölkəmizdən, xalqımızdan ürək dolusu danışırlar.

 

-         Natiq müəllim, sizin baş məşqçisi olduğunuz Belarus idmançılar içində Olimpiya çempionu da var. Birinci Avropa Oyunlarında Belarus idmançılarınız qatılacaqmı?

 

-Bəli, bildiyiniz kimi, mən Belarusda dzü-do üzrə Milli Komandanın baş məşqçisiyəm. Hhazırda doqquz idmançımız Oyunlarda iştiraka vəsiqə qazanıb. İdmançılarımız Bakıda yüksək nəticə göstərmək üçün çox ciddi hazırlaşırlar. Çalışırıq ki, Belarusu ən yüksək səviyyədə təmsil etsinlər. Qeyd edim ki, bu Oyunlarda yüksək nəticə göstərənlər Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına vəsiqə qazanacanlar. Reytinq xallarına görə biz ciddi hazırlaşırıq və arzu edirik ki, qaliblər arasında bizim də güləşçilər olsun.

 

-         Sədri olduğunuz Belarus Azərbaycan İcmaları Konqresinin Birinci Avropa Oyunları ilə bağlı hər hansı bir tədbiri gözlənilirmi?

 

- Birinci Avropa Oyunlarından əvvəl biz Azərbaycan Mədəniyyəti və Dili Mərkəzində bununla bağlı tədbir keçirəcəyik. Yalnız bizim mərkəzdə yox, azərbaycanlı tələbələr bu Oyunlarla bağlı müxtəlif ali təhsil ocaqlarında da bir sıra tanıtım aksiyaları təşkil edəcəklər. Qeyd edim ki, bizim gənclər təşkilatı bu istiqamətdə çox fəal iştirak edirlər.

 

Ülviyyə Heydərova





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved