Misirli xanım Ərəb dünyasını azərbaycanlılara dəstək olmağa çağırıb

07.10.2020

Qahirə şəhərində yaşayan Azərbaycan dilinin tədrisi mərkəzinin təsisçisi İsra Adil facebook sosial şəbəkə hesabında Azərbaycan dilində Vətənimizə dəstək video müraciəti yayıb. Müraciətdə deyilir: Mən Misirlilərə və ərəb dünyasına müraciət edirəm, azərbaycanlı qardaşlarımızın mövqeyinə nəzər yetirin. Onlar yalnız öz torpaqlarının bərpasını istəyir. Azərbaycanlı qardaşlarımız məscidləri viran qoyulmuş işğal altında olan ərazilərini geri qaytarmaq istəyir. Təcavüzkar düşmən işğal edilmiş torpaqları tərk edən kimi müharibə dayanacaqdır. Çünki onların hədəfi yalnız budur. Mən bilirəm ki, misirlilər azərbaycanlı qardaşlarını nə qədər çox sevir. Artıq bu məhəbbəti bütün dünyaya göstərməyin vaxtı gəlmişdir. Azərbaycanlı qardaşlarımıza dəstək olmağın vaxtı çatmışdır. Qarabağ Azərbaycandır.”