...

Los-Ancelesdə yaşayan gənc diaspor fəalı “Youtube”da Zəfər Günü münasibətilə videoçarx paylaşıb

10.11.2021

ABŞ-ın Los-Anceles şəhərində yaşayan gənc diaspor fəalı, Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin üzvü, azərbaycanlı yutuber Nigar İbrahimova özünün “Nigar Tapar” adlı “Youtube” kanalında 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx (https://youtu.be/UY36MZ9h96E) paylaşıb.

İngilis dilində hazırlanmış videoçarxda Nigar İbrahimova Qarabağ həqiqətləri, eləcə də 44 günlük Vətən müharibəsinə dair faktlar, ermənilərin törətdikləri vandalizm aktları barədə məlumat verir. Videoçarxda 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə, Bərdə kimi yaşayış massivlərini raket atəşinə tutması zamanı lentə alınmış kadrlar da nümayiş olunur, erməni terroru şiddətlə qınanır.

Videoçarx Azərbaycanın qazandığı şanlı Qələbəyə dair videogörüntülərlə yekunlaşır.