...

Yeni Zelandiya nəşrində Zəfər Günü münasibətilə məqalə çap olunub

11.11.2021

Yeni Zelandiyanın “Times Media” nəşrində 8 Noyabr - Zəfər Günü ilə bağlı ikinci məqalə işıq üzü görüb.
“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov və həyat yoldaşı Nigar Mahmudovanın təşəbbüsü ilə çap olunan məqalədə Mahmudovların Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhərinə səfər barədə təəssüratları, erməni vandalizminin izlərini görərkən keçirdiyi hisslər, Qarabağda aparılan yenidənqurma işləri, Füzuli hava limanının istifadəyə verilməsi və s. yer alıb.
Məqaləni daha ətraflı aşağıdakı linkdən oxumaq olar:
https://issuu.com/times_e-editions/docs/times10nov21