...

Azərbaycanlı gəncin ifası Klaypeda sakinlərində maraq doğurub

20.12.2021

Litvanın Klaypeda şəhərində Milad bayramı münasibətilə keçirilən şənlikdə azərbaycanlı gənc Mahmud Məmmədovun ifası şəhər sakinlərinin marağına səbəb olub.

Gənc soydaşımızın meydanda Azərbaycanı vəsf edən mahnını azərbaycanca və rusca ifa etməsi klaypedalıların alqışları ilə qarşılanıb.

Mahmud Məmmədov Klaypeda şəhərində fəaliyyət göstərən "Azeris" Cəmiyyətinin sədri, Klaypeda Milli İcmalar Şurasının üzvü Əliağa Məmmədovun övladıdır. O, əkiz qardaşı Məhəmmədlə birlikdə musiqi məktəbində piano və skripka sinfində təhsil alır. Qardaşlar mahnı ifaçılığına böyük maraq göstərirlər.

“Azeris” Cəmiyyəti ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini və adət-ənənələrini fəal şəkildə Klaypeda şəhərində təbliğ edir. Cəmiyyətin təsis etdiyi həftəsonu Azərbaycan məktəbində uşaqlara Azərbaycan dili, ədəbiyyatı, tarixi tədris edilir və milli rəqslərimiz öyrədilir.